A
A
A
Segoe UI
Arial
Helvetica
Standart
Large
Geriyə
Ümumtəhsil məktəblərində “Son zəng” tədbirləri – Fotolent

İyunun 13-də ölkəmizin ümumi təhsil müəssisələrində “Son zəng” tədbirləri keçirilib.
 
“Son zəng” tədbirlərində elm və təhsil nazirinin müavinləri Firudin Qurbanov və Həsən Həsənli, nazirliyin Aparat rəhbəri Mətin Kərimli, Aparat rəhbərinin müavinləri Fərzəli Qədirov, Tural Ayvazlı,  Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov, Təhsilin İnkişafı Fondunun sədri Nicat Məmmədli, elm və təhsil nazirinin müşavirləri Rüstəm Ağayev, Nizami Yusifli, nazirliyin və tabe qurumların struktur bölmə rəhbərləri, yerli icra hakimiyyətlərinin nümayəndələri, məzunlar, şəhid ailələrinin üzvləri və qazilər, ziyalılar, müəllimlər və valideynlər iştirak ediblər.
 
Tədbirlərdə məktəb məzunlarının iştirakı ilə kompozisiyalar və maraqlı proqram nümayiş etdirilib.
 
Tədbir iştirakçıları məzunları təbrik edib, onlara uğurlar arzulayıblar.
 
“Son zəng” tədbirlərindən fotoları təqdim edirik.

Paylaş: