A
A
A
Segoe UI
Arial
Helvetica
Standart
Large
Geriyə
Firudin Qurbanov Dəniz Akademiyasının tələbələri ilə görüşüb

Elm və təhsil nazirinin müavini Firudin Qurbanov Azərbaycan Dövlət Dəniz Akademiyasının tələbələri ilə görüşüb.

 

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan görüşdə akademiyanın rektoru vəzifəsini icra edən Eldar Qocayev giriş nitqi ilə çıxış edərək bu cür görüşlərin gənclərin dünyagörüşünün genişlənməsi və peşəkar inkişafı baxımından əhəmiyyətini vurğulayıb.

 

Nazir müavini Firudin Qurbanov çıxışında Heydər Əliyevin dövlət quruculuğu və təhsil siyasəti sahəsində fəaliyyətinə toxunub, müasir dövrdə gənclərin üzərinə düşən vəzifələrdən, informasiya savadlılığının və ayıq-sayıqlığın əhəmiyyətindən danışıb.

 

Görüş zamanı o, tələbələrin suallarını cavablandırıb, xaricdə təhsil imkanları, süni intellektin tədris prosesində rolu, dənizçilik ixtisasının perspektivləri və təhsil sisteminin qarşısında duran aktual məsələlərlə bağlı fikirlərini bölüşüb.

Paylaş: