A
A
A
Segoe UI
Arial
Helvetica
Standart
Large
Geriyə
Növbəti tədris ili üçün təkrar ali və orta ixtisas təhsili üzrə elektron sənəd qəbulu aparılır

2025-2026-cı tədris ili üçün əlavə təhsilin təkrar ali və orta ixtisas təhsili istiqaməti üzrə elektron sənəd qəbuluna başlanılıb. Sənəd qəbulu portal.edu.az üzərindən aparılır.

 

Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sisteminə qoşulmuş ali və orta ixtisas təhsil müəssisələrində təkrar ali və ya orta ixtisas təhsili üçün müraciət etmək istəyənlər www.portal.edu.az vasitəsilə sənədlərini elektron formada təqdim edə bilərlər.

 

Portal vasitəsilə müraciətin cari statusu, müsahibə və imtahanlara dair məlumatlar əldə etmək, eləcə də təhsil haqqını ödəmək mümkündür.

Paylaş: