A
A
A
Segoe UI
Arial
Helvetica
Standart
Large
Geriyə
“Arzulara qanad verək” adlı qanvermə aksiyası keçirilib

Aprelin 17-də Səhiyyə Nazirliyi, Elm və Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə əməkdaşlığı ilə Respublika Qan Bankında “Ümumdünya Hemofiliya Günü”nə həsr edilmiş qanvermə aksiyası keçirilib.
 

Respublika Qan Bankının tibbi işçiləri tərəfindən sağlamlıq imkanları əvvəlcədən müəyyənləşdirilən donorlardan toplanan qan ehtiyatı talassemiya, hemofiliya eləcə də leykoz xəstəliyindən əziyyət çəkənlərə dəstək məqsədi daşıyır.
 

Artıq ənənə halını alan bu aksiyaya dövlət qurumlarının əməkdaşları və könüllü donorlar olmaqla gün ərzində 250 nəfər qoşulub. 
 

Aksiyada iştirak edən qan donorlarına minnətdarlığımızı bildiririk.

Paylaş: