Martın 1-dən 19-dək Elm və Təhsil Nazirliyi, eləcə də qurumlarına 31 954 vətəndaş müraciəti daxil olub.
Müraciətlərin 19 538-i çağrı mərkəzləri, 864-ü sosial media, 4 528-i "WhatsApp" vasitəsilə olduğu halda, 1 056-sı elektron, 1 301-i isə yazılı formada yönləndirilib. Həmçinin vətəndaş qəbulu zamanı 4667 müraciət qeydə alınıb.
Müraciətlər işə qəbul, şagird yerdəyişməsi, sertifikatlaşdırma, “Rəqəmsal məktəb” və digər məsələlərlə bağlı olub.