Martın 6-da Elm və Təhsil Nazirliyinin bir qrup əməkdaşı 2024-cü il ərzində səmərəli fəaliyyətlərinə və vəzifə funksiyalarını keyfiyyətlə yerinə yetirdiklərinə görə təltif edilib.
Təltifetmə mərasimində çıxış edən elm və təhsil naziri Emin Əmrullayev əməkdaşları təbrik edib və onlara fəaliyyətlərində uğurlar arzulayıb.
Ötən ilin yaddaqalan məqamlarına, ölkə tarixində baş verən mühüm hadisələrə toxunan Emin Əmrullayev nazirliyin həyata keçirdiyi islahatların uğurlu nəticəsində əməkdaşların səylərini xüsusi qiymətləndirib. Nazir həmçinin dövlət qulluqçularının fəaliyyətində dürüstlük, loyallıq və məsuliyyətli olmağın vacibliyinə toxunub.
Daha sonra təltiflər təqdim olunub.