A
A
A
Segoe UI
Arial
Helvetica
Standart
Large
Geriyə
Nazir Türkiyədə təhsil alan azərbaycanlı doktorantlarla görüşüb

Elm və təhsil naziri Emin Əmrullayev Türkiyəyə səfəri çərçivəsində bu ölkədə doktorantura təhsili alan azərbaycanlı tələbələrlə görüşüb.

 

İstanbul Texniki Universitetində baş tutan görüşdə Emin Əmrullayev ölkəmizdə ali təhsil sistemində son ildə baş vermiş dəyişikliklər, xüsusilə Qarabağ Universiteti və Türkiyə-Azərbaycan Universitetinin yaradılması, xaricdə təhsil proqramının müddətinin 2028-ci ilədək uzadılması və digər məsələlər barədə məlumat verib.

 

Nazir bildirib ki, indi xaricdə doktorantura təhsili almaq istəyən gənclərimiz üçün yaxşı fürsətlər yaranıb.

 

Görüş çərçivəsində Emin Əmrullayev tələbələri maraqlandıran sualları cavablandırıb, doktorant tələbələrin akademik və elmi fəaliyyəti ilə bağlı imkanlar müzakirə edilib.

 

Nazir gənclərimizi təhsillərini bitirdikdən sonra ölkəmizin ali təhsil mühitinə töhfə verməyə çağırıb.

Paylaş: