A
A
A
Segoe UI
Arial
Helvetica
Standart
Large
Geriyə
Elm və təhsil naziri media üçün brifinq keçirib

Fevralın 29-da elm və təhsil naziri Emin Əmrullayev media üçün brifinq keçirib. 

 

Brifinqdə Emin Əmrullayev aşağıdakı məsələləri xüsusi olaraq qeyd edib:
  
- Qarabağ Universitetinin işçi heyəti Xankəndidə mənzillə təmin olunacaq.
 
- Nüfuzlu xarici ali təhsil müəssisələrində təhsil almış şəxslərin Qarabağ Universitetində tədris prosesinə cəlbi nəzərdə tutulur. 
 
- Türkiyə–Azərbaycan Universitetində tədris prosesinə ilkin mərhələdə Türkiyədən Orta Şərq Texniki Universiteti, İstanbul Texniki Universiteti və Hacəttəpə Universiteti, Azərbaycandan isə Azərbaycan Texniki Universiteti tərəfdaş kimi cəlb olunacaq.
 
- Növbəti tədris ilindən Türkiyə–Azərbaycan Universitetində texniki, texnoloji və mühəndislik ixtisasları üzrə 100 tələbənin qəbulu həyata keçiriləcək. 
  
- Həm Türkiyə–Azərbaycan, həm də Qarabağ Universitetində yeni tədris modelləri və ən yaxşı tələbə-müəllim kontingentinin formalaşdırılması hədəflənib. 
 
- “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində 21 ölkə üzrə 139 universitetdə 752 tələbə təqaüd almaq hüququ qazanıb.
 
- Son 5 ildə (2019–2023) Q1 jurnallarda dərc olunan elmi işlərin sayı iki dəfə artıb. 
 
- Bu il riyaziyyat, Azərbaycan dili (rus bölməsi) və xarici dil fənlərini tədris edən müəllimlər sertifikatlaşdırma prosesinə cəlb olunacaqlar. 
  
- Məktəbdə təhlükəsizlik qaydaları, həmçinin qısnama ilə mübarizəyə dair təlimatlar tərtib olunur.

Brifinqin sonunda media nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.

Paylaş: