A
A
A
Segoe UI
Arial
Helvetica
Standart
Large
Geriyə
Azərbaycanın 2 universiteti dünya reytinqində

Dünya Universitetləri Reytinqi (WORLD UNIVERSITY RANKINGS) QS sahələr üzrə

 

universitetlərin reytinqini (SUBJECT RANKİNGS 2023) açıqlayıb. Sözügedən reytinqdə 161 ölkədən 1594 ali təhsil müəssisəsi iştirak edib.

 

Azərbaycandan ilk dəfə iki ali təhsil müəssisəsi QS sahələr üzrə dünya universitetlərinin reytinqinə daxil olub.

 

Azərbaycan Dillər Universiteti müasir dillər üzrə (301-340), Azərbaycan Dövlət İqtisad Universiteti isə iqtisadiyyat və ekonometrika üzrə (501-530) dünyada ən yaxşı universitetlər qrupuna daxil olub.

 

Qeyd edək ki, QS sahələr üzrə dünya universitetlərinin reytinqi 5 kateqoriyada qruplaşdırılmış 54 sahəni əhatə edir. Reytinqin qiymətləndirmə metodologiyasında 5 əsas indikator (akademik nüfuz, işəgötürənlər arasında nüfuz, istinadlar, H-indeks və beynəlxalq elmi əməkdaşlıq) nəzərə alınır.

Paylaş: