A
A
A
Segoe UI
Arial
Helvetica
Standart
Large
Geriyə
“STEAM” layihəsi

STEAM: Science, Technology, Engineering, Art & Math


Yaranma tarixi: 2019-cu il


Məqsəd: Təhsilalanlarda tənqidi, yaradıcı düşüncə, əməkdaşlıq etmə və s. kimi XXI əsr bacarıqlarını formalaşdırmaq, yaradıcı proses vasitəsilə öyrənmə imkanı yaratmaq, fənləri inteqrativ, real problemlərin həlli istiqamətində tətbiqlərə əsaslanan vahid öyrənmə modelində birləşdirmək, müxtəlif proqramlaşdırma dillərini tətbiq etməklə müasir İKT avadanlıqlarından istifadə edə bilmə qabiliyyətlərini yüksəltməkdir. 


Məlumat: Layihənin əhatə olunduğu ümumtəhsil məktəblərində tədris prosesi “3D çap”, “Microbitlə proqramlaşdırma”, “Elektrik mühəndisliyi”, “Biotexnologiya”, “Nanotexnologiya”, “Robototexnika”, “Gen mühəndisliyi”, “CNC lazer kəsiciləri”, “Pilotsuz uçuş aparatları (təhsil dronları)”, “Sahibkarlıq” modulları istiqamətində hazırlanmış kurikuluma  uyğun aparılır.


Əhatə dairəsi: STEAM layihəsi 302 ümumtəhsil məktəb və 10 STEAM Mərkəzini əhatə edir. Ümumilikdə 91000-ə yaxın şagird STEAM tədrisinə cəlb edilib.
 

İnternet resursları:

http://www.steam.edu.az/

https://www.facebook.com/steam.edu.az/

https://www.instagram.com/steam.edu.az/

https://www.youtube.com/steamazerbaijan

Paylaş: