Yaranma tarixi: 2014-2015-ci tədris ili
Məqsəd: Tələbələrin intellektual və yaradıcılıq potensialının inkişafı və ixtisaslar üzrə kompetensiyalara tam yiyələnməsini, ali təhsilin keyfiyyətinin yüksəldilməsini və tədrisin təşkilində mütərəqqi forma və metodların tətbiqini təmin etməkdir.
Məlumat: SABAH qruplarına Elm və Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisələrində müəyyən edilmiş ixtisaslar üzrə I kursda əyani formada təhsil alan, I tədris ilinin I semestrinin nəticələrinə görə akademik borcu və orta müvəffəqiyyət göstəricisi 61-dən aşağı olmayan Azərbaycan vətəndaşları müraciət edə bilərlər. SABAH qrupları layihəsi çərçivəsində aşağıdakı inkişafetdirici layihə və tədbirlər həyata keçirilib:
SABAH Karyera İnkişafı Sərgisi; SABAH İnnovasiya Forumu; Xaricdə Təhsil Sərgisi; SABAH Karyera Akademiyası; SABAH Karyera Qış Məktəbi; SABAH Bilik Yarışması; SABAH İncəsənət Festivalı; “Your English Voice” müsabiqəsi; SABAH Tələbə Debat Forumu; SABAH Vergi Bilik Yarışması; London Yay Məktəbi; “Sarbon-Abu-Dabi” təcrübə mübadiləsi tədbirləri; “SABAH-ın müəllimi” təcrübə proqramı; “Secure Tomorrow” hakatonu; SABAH idman yarışları.
Əhatə dairəsi: Hazırda Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin SABAH qrupları layihəsi 13 ali təhsil müəssisəsini; 8 ixtisas istiqaməti üzrə 71 ixtisas və ixtisaslaşmanı; bakalavriat və magistratura səviyyələri üzrə 2785 tələbəni və 8212 məzunu əhatə edir.