A
A
A
Segoe UI
Arial
Helvetica
Standart
Large
Geriyə
“Rəqəmsal bacarıqlar” layihəsi

Yaranma tarixi:  2017-2018-ci tədris ili


Məqsəd: Təhsilalanların İKT bacarıqlarına dərindən yiyələnməsi, onların informasiya məkanında sərbəst və məqsədyönlü fəaliyyətinə nail olunması, rəqabətqabiliyyətli, məntiqi və qeyri-standart düşüncə tərzinə malik şəxslər kimi formalaşmasını təmin etməkdir.


Məlumat: Layihə Təhsil Nazirliyi və "Alqoritmika" beynəlxalq təhsil şirkəti tərəfindən həyata keçirilir. "İnformatika" fənninin tədrisini təkmilləşdirməklə layihə şagirdlərdə alqoritmik düşüncə, məntiqi təfəkkür, layihə qurmaq bacarıqlarını inkişaf etdirir və proqramlaşdırmanın əsaslarını öyrədir. 


Əhatə dairəsi:  Bakı, Sumqayıt, Gəncə, Şəki, Şirvan, Şamaxı, Lənkəran, Biləsuvar, Mingəçevir, Göyçay, Sabirabad, Şabran, Xaçmaz, Salyan, Yevlax və Şəmkir şəhər və rayonları üzrə 250 məktəbdə tətbiq edilir və 190 000-dən çox II-IX siniflər üzrə Azərbaycan və rus bölmələrinin şagirdlərini əhatə edir. Layihə çərçivəsində fəaliyyət göstərən müəllimlərin sayı 1580-dən çoxdur. 2021-ci ildən layihə valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün tam orta məktəbləri də əhatə edir.
 

İnternet resursları:

https://www.facebook.com/reqemsalbacariqlar

https://www.youtube.com/c/ReqemsalBacariqlar

https://www.instagram.com/reqemsalbacariqlar

https://www.linkedin.com/company/rəqəmsal-bacarıqlar

Paylaş: