A
A
A
Segoe UI
Arial
Helvetica
Standart
Large
Geriyə
“Peşə təmayüllü siniflər” layihəsi

Yaranma tarixi: 2019-2020-ci tədris ili 
 

Məqsəd: Ümumi orta təhsil bazasında təhsilalanların peşə təhsilinə hazırlanması, onların peşə ixtisaslarına aid səriştələrinin inkişaf etdirilməsi, peşələr üzrə ilkin bilik və bacarıqlara yiyələnmələri yolu ilə əmək bazarına hazırlanmasının təmin edilməsidir. 
 

Məlumat: Peşə təmayüllü sinifləri bitirən şagirdlər tam orta təhsil haqqında sənəd almaqla yanaşı, müvafiq peşələrə də yiyələnirlər. Bu da onların əmək bazarında özlərinə rahat iş tapmalarına yardım edir. 
 

Əhatə dairəsi: Hazırda layihə 249 məktəb, 419 sinif, 838 ixtisas qrupu, 7000-dən çox şagird və 1087 müəllim heyətini əhatə edir.
 

Layihə çərçivəsində 4 profil üzrə dülgər, çilingər, aşpaz, kombi-kondisioner ustası, mebel quraşdırma, aqronom, dərzi, qənnadçı, bərbər, manikür-pedikür, ofisiant-barista, foto-videoqraf, telefon təmiri ustası, “help desk” mütəxəssisi, qrafik dizayner və kompüter operatoru ixtisasları tədris edilir.
 

İnternet resursları:

   

Paylaş: