A
A
A
Segoe UI
Arial
Helvetica
Standart
Large
Geriyə
“Məktəblinin dostu” layihəsi

Təhlükəsiz məktəb, arxayın valideyn


Yaranma tarixi: 2016-cı il


Məqsəd: Müəllim və şagirdlər üçün məktəbdə təhlükəsiz mühit yaratmaq, fövqəladə hal baş verdikdə ilkin tibbi, psixoloji yardım göstərməkdir.


Məlumat: Yaşı 21-30 aralığında, Azərbaycan Respublikasının vətəndaşı olan istənilən ali təhsilli şəxs məktəblinin dostu olmaq üçün müraciət edə bilər. Məktəblinin dostu seçilmiş şəxslər hər bir yaş mərhələsində uşaqların hərtərəfli şəxsi keyfiyyətləri və intellektual inkişafının təmin edilməsi, onlarda özünütərbiyə və özünüinkişaf bacarıqlarının formalaşdırılmasında iştirak edirlər. 


Əhatə dairəsi: Layihə Bakıda 191, Abşeronda 12, Sumqayıtda 23 olmaqla ümumilikdə 226 ümumi təhsil müəssisəsində fəaliyyət göstərir. 400 minə yaxın şagirdi əhatə edən layihə üzrə hazırda 300 əməkdaş – məktəblinin dostu çalışır.

 

2023–2024-cü tədris ilindən “Məktəblinin dostu” layihəsinin əhatə dairəsi genişləndirilir. Layihə bu ildən Bakı, Abşeron və Sumqayıtla yanaşı, Gəncə, Lənkəran, Masallı, Cəlilabad şəhərlərini də əhatə edəcək. Beləliklə, layihə ümumilikdə 237 ümumi təhsil müəssisəsində fəaliyyət göstərəcək

 

İnternet resursları:

https://www.facebook.com/mekteblinindostu

https://www.instagram.com/mekteblinindostu

Paylaş: