A
A
A
Segoe UI
Arial
Helvetica
Standart
Large
Geriyə
"Gələcək üçün kod" layihəsi

“Gələcək üçün kod” layihəsi – “Code for Future” 

 

Yaranma tarixi: 2021-ci il 

 

Məqsəd: Tələbələrin mövcud bazar iqtisadiyyatının tələblərinə uyğun formalaşması və texnoloji dəyişikliklərə uyğunlaşması, o cümlədən onların İT sahəsində bilik və bacarıqlarının artırılmasına dəstək göstərməkdir.

 

Məlumat: Partnyorluq əlaqələri qurulan “Code Academy”, “Alqoritmika”, və “Dev Education” tərəfindən tələbələrə 4 ay müddətində intensiv olaraq proqramlaşdırma, şəbəkə administratorluğu, İT mütəxəssisi, sistem inzibatçılığı, veb-tərtibatçılıq, keyfiyyət təminatı və ingilis dili modulları üzrə kurslar tədris olunur. Layihə  Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texniki Universiteti, Bakı Dövlət Universiteti, Gəncə Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti və Sumqayıt Dövlət Universitetində tətbiq edilir.  

 

Əhatə dairəsi: “Gələcək üçün kod” layihəsi üzrə 2 il ərzində 3 000-dən çox şəxs məzun olub. Cari semestrdə isə 900-ə yaxın tələbə layihə çərçivəsində təhsil alır.   

 


 

Paylaş: