“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

24 iyul 2023, 14:23

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 9, maddə 684; 2011, № 2, maddə 70; 2014, № 1, maddə 3; 2015, № 11, maddə 1266; 2016, № 1, maddə 41, № 11, maddə 1766; 2017, № 2, maddə 145, № 5, maddə 691, № 7, maddələr 1277, 1300, № 12 (I kitab), maddə 2202; 2018, № 7 (I kitab), maddələr 1381, 1409, № 11, maddə 2208; 2019, № 5, maddə 798, № 7, maddə 1190, № 8, maddə 1382, № 11, maddə 1684, № 12, maddə 1881; 2020, № 5, maddə 508, № 6, maddələr 662, 669, № 7, maddələr 824, 830, № 11, maddələr 1329, 1335, № 12 (I kitab), maddə 1420; 2021, № 2, maddə 108, № 6 (I kitab), maddə 547, № 11, maddə 1209; 2022, № 6, maddə 589; 2023, № 2, maddələr 207, 211) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1.0.6-cı və 33.3.9-cu maddələrə birinci halda “dövlət” sözündən sonra “məktəbəqədər və” sözləri əlavə edilsin;

1.2. 1.0.6-1-ci maddəyə birinci halda “dövlət” sözündən sonra “məktəbəqədər və” sözləri əlavə edilsin və həmin maddədə “və idarəetmə fəaliyyəti ilə” sözləri “fəaliyyətlə” sözü ilə əvəz edilsin;

1.3. 1.0.54-cü və 22.5-1-ci maddələr ləğv edilsin;

1.4. 14.8-1-ci maddənin birinci cümləsindən “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində,” sözləri çıxarılsın;

1.5. 22.5-ci maddədən “və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatda” sözləri çıxarılsın;

1.6. 29.0-cı maddə üzrə:

1.6.1. 29.0.2-ci maddədə “inkişaf konsepsiyasını və əsas prioritetlərini” sözləri “inkişafına dair strategiyaları, konsepsiyaları və prioritet inkişaf istiqamətlərini” sözləri ilə əvəz edilsin;

1.6.2. aşağıdakı məzmunda 29.0.10-3-cü, 29.0.37-1–29.0.37-3-cü və 29.0.42-1-ci maddələr əlavə edilsin:

“29.0.10-3. peşə təhsili müəssisələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsilalanların təhsilini müvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi) qaydalarını müəyyən etmək;”;

“29.0.37-1. yeni təhsil proqramlarının (ixtisasların) açılması qaydalarını müəyyən etmək;

29.0.37-2. təhsilin bir pilləsindən və ya səviyyəsindən digərinə keçid zamanı təhsil proqramının (ixtisasın) uyğunluğuna dair tələbləri müəyyən etmək;

29.0.37-3. ali və orta ixtisas təhsili müəssisələri tələbələrinin ixtisas üzrə təcrübə keçmə qaydasını təsdiq etmək;”;

“29.0.42-1. ali təhsil müəssisələrində elmi-tədqiqat və elmi-metodik işlərin təşkili qaydalarını və professor-müəllim heyətinin tədris işi vaxt normasını müəyyən etmək;”;

1.6.3. 29.0.26-cı maddəyə “elmi-metodik” sözlərindən sonra “, tədris-metodiki” sözləri əlavə edilsin;

1.6.4. 29.0.29-cu və 29.0.43-cü maddələrə birinci halda “dövlət” sözündən sonra “məktəbəqədər və” sözləri əlavə edilsin;

1.6.5. 29.0.31-ci maddəyə “əlaqələndirmək” sözündən sonra “, elmi-tədqiqat işlərini dəstəkləmək və mükafatlandırmaq” sözləri əlavə edilsin;

1.6.6. 29.0.37-ci maddəyə “planlarını” sözündən sonra “(ali və orta ixtisas təhsili müəssisələri üzrə tədris planları istisna olmaqla)” sözləri əlavə edilsin;

1.7. 36-2-ci maddə üzrə:

1.7.1. adına, 36-2.1-ci və 36-2.2-ci maddələrə “Dövlət” sözündən sonra “məktəbəqədər və” sözləri əlavə edilsin;

1.7.2. 36-2.3.3-cü maddədə “5 (beş)” sözləri “3 (üç)” sözləri ilə əvəz edilsin;

1.7.3. aşağıdakı məzmunda 36-2.3-1-ci maddə əlavə edilsin:

“36-2.3-1. 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllüdür.”;

1.7.4. 36-2.4-cü maddəyə birinci halda “dövlət” sözündən sonra “məktəbəqədər və” sözləri əlavə edilsin.

Maddə 2. Bu Qanunun 1.3-cü və 1.4-cü maddələri 2023-cü il sentyabrın 1-dən qüvvəyə minir.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 9 iyun 2023-cü il

SƏNƏDLƏR Sərəncamlar 27 aprel 2024
14:47
“Azərbaycan Respublikasının Hökuməti və “ACWA Power Azerbaijan Renewable Energy” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında “Dəyişikliklər edilmiş və yenidən tərtib olunmuş İnvestisiya müqaviləsi”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qoyuluş gücü 240 MVt olan külək elektrik stansiyasının tikintisi ilə bağlı pilot layihənin həyata keçirilməsinə dair əlavə tədbirlər haqqında”...

27 aprel 2024, 14:47
SƏNƏDLƏR Sərəncamlar 27 aprel 2024
14:45
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Azərbaycan Respublikasının təmsil edilməsi ilə bağlı bəzi məsələlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Türk İnvestisiya Fondunun yaradılması haqqında” Sazişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 30 may tarixli 874-VIQ...

27 aprel 2024, 14:45
SƏNƏDLƏR Sərəncamlar 27 aprel 2024
14:43
Sahibkarlıq fəaliyyəti sahəsində fərqlənən şəxslərin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının iqtisadi inkişafına verdikləri töhfəyə və sahibkarlıq sahəsində səmərəli fəaliyyətlərinə görə...

27 aprel 2024, 14:43