“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 906-VIQD nömrəli Qanununun tətbiqi və “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

24 iyul 2023, 14:42

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 906-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 29.0.37-3-cü maddəsinə uyğun olaraq, ali və orta ixtisas təhsili müəssisələri tələbələrinin ixtisas üzrə təcrübə keçmə qaydasını üç ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.2. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 906-VIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.

 

2. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi aşağıdakı normativ hüquqi aktları üç ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin:

2.1. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 29.0.10-3-cü maddəsinə uyğun olaraq, peşə təhsili müəssisələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsilalanların təhsilini müvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi) qaydalarını;

2.2. həmin Qanunun 29.0.37-1-ci maddəsinə uyğun olaraq, yeni təhsil proqramlarının (ixtisasların) açılması qaydalarını;

2.3. həmin Qanunun 29.0.37-2-ci maddəsinə uyğun olaraq, təhsilin bir pilləsindən və ya səviyyəsindən digərinə keçid zamanı təhsil proqramının (ixtisasın) uyğunluğuna dair tələbləri;

2.4. həmin Qanunun 29.0.42-1-ci maddəsinə uyğun olaraq, ali təhsil müəssisələrində elmi-tədqiqat və elmi-metodik işlərin təşkili qaydalarını və professor-müəllim heyətinin tədris işi vaxtı normasını.

3. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 9, maddə 685; 2012, № 3, maddə 197, № 4, maddə 289, № 6, maddə 532; 2016, № 1, maddə 76, № 11, maddələr 1804, 1828, № 12, maddə 2086; 2017, № 7, maddə 1360, № 10, maddə 1800, № 12 (I kitab), maddə 2313; 2018, № 2, maddə 216, № 12 (I kitab), maddə 2545; 2019, № 5, maddə 848, № 7, maddə 1229, № 8, maddə 1398; 2020, № 5, maddə 549, № 7, maddə 868, № 11, maddə 1362, № 12 (I kitab), maddə 1469; 2021, № 6 (I kitab), maddə 571, № 11, maddə 1218, № 12, maddə 1364; 2023, № 2, maddə 244) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

3.1. 2.1-ci bənddən “1.0.54-cü,”, “14.8-1-ci maddəsində,” və “22.5-ci, 22.5-1-ci,” sözləri çıxarılsın və həmin bəndə “29.0.34-cü” sözlərindən əvvəl “29.0.21-ci (xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarının müəyyən olunması üzrə),” sözləri əlavə edilsin;

3.2. 2.2-ci bənddən “29.0.21-ci (xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarının müəyyən olunması üzrə),” sözləri çıxarılsın və həmin bəndə “ümumi təhsil müəssisələrində” və “ümumi təhsil müəssisələrinin” sözlərindən əvvəl “məktəbəqədər və” sözləri, “29.0.32-ci,” sözlərindən sonra “29.0.37-3-cü,” sözləri əlavə edilsin;

3.3. 2.3-cü bənddən “30.2-ci maddəsinin birinci cümləsində (dövlət ali təhsil müəssisələri, peşə təhsili müəssisələri, Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olmayan təhsil müəssisələri və yerli icra hakimiyyəti orqanlarının tabeliyində olan uşaq evləri istisna olmaqla, digər dövlət təhsil müəssisələrinin rəhbərlərinin vəzifəyə təyin edilməsi üzrə),” və “29.0.13-cü (dövlət ali təhsil müəssisələri, peşə təhsili müəssisələri, Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olmayan təhsil müəssisələri və yerli icra hakimiyyəti orqanlarının tabeliyindəki uşaq evləri istisna olmaqla, digər dövlət təhsil müəssisələri rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi üzrə),” sözləri çıxarılsın və həmin bəndə “29.0.10-2-ci,” sözlərindən sonra “29.0.10-3-cü,” sözləri, “29.0.37-ci,” sözlərindən sonra “29.0.37-1-ci, 29.0.37-2-ci,” sözləri, “və 29.0.43-cü” sözlərindən əvvəl “, 29.0.42-1-ci” sözləri, “Təhsil Nazirliyi” sözlərindən əvvəl “Elm və” sözləri əlavə edilsin;

3.4. 2.3-1-ci, 2.4-1-ci və 2.7-ci bəndlərə “Təhsil” sözündən əvvəl “Elm və” sözləri əlavə edilsin;

3.5. 2.8-ci bənddə (hər iki halda) “Təhsil Nazirliyinin tabeliyindəki peşə təhsili müəssisələri” sözləri “Elm və Təhsil Nazirliyinin tabeliyindəki təhsil müəssisələri” sözləri ilə əvəz edilsin;

3.6. aşağıdakı məzmunda 2.9-1-ci və 2.9-2-ci bəndlər əlavə edilsin:

“2.9-1. həmin Qanunun 30.2-ci maddəsinin birinci cümləsində nəzərdə tutulmuş orqanın (qurumun) səlahiyyətlərini və 29.0.13-cü maddəsində nəzərdə tutulmuş vəzifəni Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində olan orta ixtisas təhsili müəssisələrinə münasibətdə – Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə razılaşdırmaqla, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi qismində Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi həyata keçirir;

2.9-2. həmin Qanunun 30.2-ci maddəsinin birinci cümləsində nəzərdə tutulmuş orqanın (qurumun) səlahiyyətlərini və 29.0.13-cü maddəsində nəzərdə tutulmuş vəzifəni Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində olan məktəbəqədər, ümumi və məktəbdənkənar təhsil müəssisələrinə münasibətdə – Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə razılaşdırmaqla, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi qismində Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi həyata keçirir;”;

3.7. 2.10-cu bənddən “Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında” sözləri çıxarılsın və həmin bəndə (hər üç halda) “Təhsil” sözündən əvvəl “Elm və” sözləri əlavə edilsin;

3.8. 2.10-1-ci bəndə “Təhsil” sözündən əvvəl “Elm və” sözləri əlavə edilsin və həmin bənddən “Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə” sözləri çıxarılsın;

3.9. 2.11-ci bənd ləğv edilsin.

4. Bu Fərmanın 3.1-ci (“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 29.0.21-ci maddəsinə münasibətdə istisna olmaqla) və 3.9-cu bəndləri 2023-cü il sentyabrın 1-dən qüvvəyə minir.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 iyul 2023-cü il

SƏNƏDLƏR Sərəncamlar 27 aprel 2024
14:47
“Azərbaycan Respublikasının Hökuməti və “ACWA Power Azerbaijan Renewable Energy” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında “Dəyişikliklər edilmiş və yenidən tərtib olunmuş İnvestisiya müqaviləsi”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qoyuluş gücü 240 MVt olan külək elektrik stansiyasının tikintisi ilə bağlı pilot layihənin həyata keçirilməsinə dair əlavə tədbirlər haqqında”...

27 aprel 2024, 14:47
SƏNƏDLƏR Sərəncamlar 27 aprel 2024
14:45
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Azərbaycan Respublikasının təmsil edilməsi ilə bağlı bəzi məsələlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Türk İnvestisiya Fondunun yaradılması haqqında” Sazişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 30 may tarixli 874-VIQ...

27 aprel 2024, 14:45
SƏNƏDLƏR Sərəncamlar 27 aprel 2024
14:43
Sahibkarlıq fəaliyyəti sahəsində fərqlənən şəxslərin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının iqtisadi inkişafına verdikləri töhfəyə və sahibkarlıq sahəsində səmərəli fəaliyyətlərinə görə...

27 aprel 2024, 14:43