• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edəcək

Elm və təhsil naziri Emin Əmrullayev 19 aprel tarixində Samux rayonunda vətəndaşları qəbul edəcək. Qəbulda Samux, Gəncə, Naftalan, Göygöl, Daşkəsən, Goranboy və Kəlbəcər sakinləri iştirak edə bilərlər.   Adları çəkilən şəhər və rayonların sakinləri 15 aprel (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 2 və 146 – 6 nömrəli telefonlarına (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə “WhatsApp” vasitəsilə müraciət göndərmək mümkündür.

Elm və təhsil naziri Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri ilə görüşüb

Aprelin 8-də elm və təhsil naziri Emin Əmrullayev Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Ştefani Ştelmayster ilə görüşüb.   Görüş zamanı Elm və Təhsil Nazirliyi ilə Dünya Bankı arasında əlaqələrin cari vəziyyəti, əməkdaşlıq perspektivləri müzakirə olunub.

Monitorinqlərin təşkili ilə bağlı təlim keçirilib

Aprelin 6-da Elm və Təhsil Nazirliyi, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə nazirlik, agentlik və Bakı Şəhəri üzrə Təhsil İdarəsində çalışan bir qrup əməkdaş üçün təlim keçirilib.    Təlimdə ümumi təhsil müəssisələrində təhsilin dövlət standartlarına uyğun təşkilinə nəzarətin həyata keçirilməsi, hüquqpozmalar, hüquqpozmaya şərait yaradan halların müəyyənləşdirilməsi, təlim-tərbiyə prosesində şəffaflığın təmin olunması, həmçinin monitorinqlərdə iştirak edəcək şəxslərin işgüzar keyfiyyətlərinin artırılması, səmərəli əməkdaşlığın qurulması istiqamətində nəzəri və praktik maarifləndirmə həyata keçirilib, fikir mübadiləsi aparılıb.   Təlim nazirliyin Daxili nəzarət şöbəsinin aparıcı məsləhətçisi Xəqani Qurbanov və agentliyin Ümumi təhsilin təşkili şöbəsinin baş mütəxəssisi Yeganə Abdullayevanın təqdimatları əsasında keçirilib.    Təlim müddətində eyni zamanda cari ildə ümumi təhsil müəssisələrində aparılacaq monitorinqlərlə bağlı meyar, indikator və qiymətləndirmə istiqamətləri üzrə hazırlanmış çərçivə sənədi haqqında məlumat verilib.

PISA 2025-in sınaq mərhələsi təşkil olunacaq

May ayında PISA 2025 – Beynəlxalq Şagird Qiymətləndirilməsi Tədqiqatının sınaq mərhələsi təşkil olunacaq.   PISA ümumi təhsil müəssisələri üzrə 15 yaşlı şagirdlərin oxu, riyaziyyat, təbiət elmləri və yaradıcı düşünmə üzrə bilik, bacarıqlarını qiymətləndirmək, eyni zamanda onları real həyatda tətbiq etmək qabiliyyətlərini müəyyənləşdirmək məqsədilə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) tərəfindən 3 ildən bir keçirilən beynəlxalq qiymətləndirmə tədqiqatıdır.    Qeyd edək ki, sözügedən tədqiqatın ölkəmizdə həyata keçirilməsi Təhsil İnstitutu tərəfindən təşkil olunacaq.

“2022–2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində müsahibələrə başlanılıb

Aprelin 5-dən “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində namizədlərlə müsahibələrin keçirilməsinə başlanılıb.  Müsahibədə Dövlət Proqramı çərçivəsində bakalavriat və magistratura səviyyələri üzrə dünyanın nüfuzlu universitetlərində təhsil almaq üçün sənədlərini uğurla təqdim etmiş və müsbət qiymətləndirilmiş namizədlər iştirak edirlər.  Müsahibə mərhələsində Elm və Təhsil Nazirliyi, Dövlət Neft Fondunun nümayəndələri və müvafiq sahə üzrə ekspertlər iştirak edirlər. Müsahibənin nəticəsinə uyğun olaraq, müvafiq balı toplamış namizəd müsabiqə mərhələsinə keçir.  Dövlət Proqramına sənəd qəbulu iyunun 15-dək davam edəcək.  Dövlət Proqramının 2022–2026-cı illər üzrə hədəfi hər il 400 nəfərədək olmaqla ümumilikdə 2000 nəfərədək Azərbaycan vətəndaşının xarici ölkələrin nüfuzlu universitetlərində təhsilinin təmin edilməsidir. Proqram çərçivəsində təhsil yerlərinin ən azı 80 faizi magistratura səviyyəsini əhatə edəcək.

“Qərbi Azərbaycana qayıdış” olimpiadası başlayır

Aprelin 27-də “Qərbi Azərbaycana qayıdış” olimpiadasının ilkin mərhələsi təşkil olunacaq.    Olimpiadada iştirak etmək istəyən məktəblilər aprelin 20-dək https://anket.edu.az/link/267 keçidi vasitəsilə qeydiyyatdan keçməli və ya təhsil aldıqları müəssisəyə müraciət etməlidirlər.    Olimpiadanın təşkilində məqsəd şagirdlər arasında Qərbi Azərbaycanın tarixi, coğrafiyası, mədəniyyəti, ədəbiyyatı, görkəmli ictimai xadimləri, tarixi şəxsiyyətləri, toponimləri, folkloru haqqında maarifləndirmə işlərini aparmaq və biliklərin dərindən öyrənilməsini təmin etməkdir.    Ölkənin ümumi təhsil müəssisələrinin IX və X sinif şagirdlərinin iştirak edəcəyi olimpiada 3 mərhələli olacaq. Olimpiadanın yarımfinal turu may ayında zonalar üzrə, final mərhələsi isə iyun ayında Naxçıvan Muxtar Respublikasında keçiriləcək.   Bundan əlavə, şagirdlərin bilik və bacarıqlarının artırılması, eləcə də olimpiadaya hazırlıqla bağlı tövsiyə edilən materiallar barədə məlumatlar ümumi təhsil müəssisələrinə göndəriləcək.   Qeyd edək ki, olimpiada Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Təhsil İnstitutu, Naxçıvan Dövlət Universiteti və Qərbi Azərbaycan İcmasının birgə tərəfdaşlığı ilə həyata keçirilir.

Azərbaycan təhsil sisteminin rəqəmsallaşma imkanları müzakirə olunub

Elm və Təhsil Nazirliyi, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, Təhsil İnstitutu, Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi və SABAH.HUB İnnovasiya Mərkəzinin nümayəndələrinin iştirakı ilə seminar keçirilib.  Seminar təhsil texnologiyaları üzrə regional və qlobal trendlərin müzakirəsi, onların əsasında Azərbaycan təhsil sisteminin rəqəmsallaşma fürsətlərinin müəyyən edilməsi məqsədilə təşkil olunub.  Seminarda əvvəlcə SABAH.HUB İnnovasiya Mərkəzinin icraedici direktoru Rəhim Bayramlı açılış nitqi ilə çıxış edib.  Ardınca mərkəzin startapların inkişafı üzrə direktoru Orxan Abbasov “Regionda innovativ təhsil üzrə startaplar”, Strategiya və layihələrin idarə olunması şöbəsinin rəhbəri Nihat Məcidov “Müasir təhsil innovasiyaları” mövzularında təqdimat ediblər.  Seminarda həmçinin ölkəmizin təhsil sisteminin mühüm çağırışları müzakirə olunub, SABAH.HUB və təhsil qurumlarının resursları əsasında bu çağırışlara cavab verə biləcək metod və texnologiyalar təklif olunub.

Nazir müavini Firudin Qurbanov Goranboy şəhəri 1 nömrəli məktəbdə olub

Elm və təhsil nazirinin müavini Firudin Qurbanov Goranboy şəhəri 1 nömrəli tam orta məktəbdə olub.   Əvvəlcə məktəbin foyesində Goranboy şəhəri Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvlərinin əl işlərindən ibarət sərgiyə baxış keçirilib.   Daha sonra təhsil müəssisəsinin akt zalına, yeməkxana və idman zalına baxış keçirilib. Məktəbdə yaradılmış şəraitlə tanış olan Firudin Qurbanov müəllim və şagirdlərlə görüşüb, onlarla söhbət edib.   Bildirilib ki, məktəb binası 2021-ci ildə istifadəyə verilib. Hazırda məktəbdə 810 şagird təhsil alır.

Nazir müavini Firudin Qurbanov Goranboyda vətəndaşları qəbul edib

Aprelin 5-də elm və təhsil nazirinin müavini Firudin Qurbanov Goranboy rayonunda vətəndaşları qəbul edib.     Əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi və Goranboy şəhəri “Şəhidlər” xatirə-abidə kompleksinin önünə gül dəstələri düzülüb.   Daha sonra nazir müavini Goranboy Rayon Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib. Qəbulda Goranboy və Naftalan sakinləri iştirak ediblər.   Vətəndaşların müraciətləri işə qəbul, iş yerinin dəyişdirilməsi, çalışmanın yaş həddinin artırılması və digər məsələlərlə bağlı olub.     Nazir müavini vətəndaşlar tərəfindən edilən hər bir müraciətin operativ olaraq araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli ilə bağlı tapşırıqlar verib.

Elm və təhsil naziri Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfiri ilə görüşüb

Aprelin 5-də elm və təhsil naziri Emin Əmrullayev Rusiya Federasiyasının ölkəmizdə fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimovla görüşüb.   Görüş zamanı iki ölkə arasında elm və təhsil sahəsində əlaqələrin cari vəziyyəti, əməkdaşlıq perspektivləri müzakirə olunub.

23/04/2024

Elm və Təhsil Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi, “EkoSfera” Ekoloji Sosial Mərkəz İctimai Birliyinin təşkilatçılığı ilə Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində “EcoGreenAction” adlı ağacəkmə aksiyası keçirilib. Sözügedən aksiya çərçivəsində 200 məktəbli, tələbə və gənc könüllünün iştirakı ilə 500 ağac əkilib. #ElmVəTəhsilNazirliyi #Ağacəkmə #YaşılDünya

Ətraflı
23/04/2024

Aprelin 24-də saat 15:00-da 1-ci sinfə qəbul qaydaları ilə bağlı suallar cavablandırılacaq.

Ətraflı
23/04/2024

Aprelin 23-ü Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdür. ? #KitabGünü #MüəlliflikHüququ

Ətraflı