• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Gürcüstan Parlamentinin Təhsil, Elm və Gənclər Məsələləri üzrə Komitəsinin nümayəndə heyəti ilə görüş

Martın 12-də elm və təhsil naziri Emin Əmrullayev Gürcüstan Parlamentinin Təhsil, Elm və Gənclər Məsələləri üzrə Komitəsinin sədri Givi Mikanadzenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.   Görüşdə Azərbaycan və Gürcüstan arasında ümumi təhsil, peşə təhsili, ali təhsil sahələrində əməkdaşlığın cari vəziyyəti, həmçinin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Naxçıvanda məktəbəqədər təhsil müəssisələrinə sənəd qəbulu elektron qaydada aparılır

Cari ildən Naxçıvan Muxtar Respublikasında məktəbəqədər təhsil müəssisələrinə  uşaqların qəbulu www.bq.edu.az internet saytı vasitəsilə aparılır. Hazırda sistemdə 240 valideyn (qanuni nümayəndə) üzrə elektron kabinet mövcuddur. Həmin valideynlər tərəfindən isə məktəbəqədər təhsil müəssisələrinə 380 növbə yaradılıb.     Valideynlər  3 məktəbəqədər təhsil müəssisəsinədək seçim etməklə növbəyə yazıla bilərlər. Növbələrdən hər hansı biri sistem tərəfindən təsdiqlənərək sorğuya çevrilərsə, uşağın digər müəssisələrə olan növbələri silinəcək.    Sorğu qəbul edildikdən sonra valideyn 15 gün ərzində sənədləri müvafiq müəssisəyə təqdim etməlidir, əks təqdirdə sorğu sistem tərəfindən silinəcək və növbəli şəkildə digər uşağın qəbulu aparılacaq.    Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasında uşaqların məktəbəqədər təhsil müəssisələrinə növbəyə yazılma prosesi 20 müəssisə üzrə 201 qrupda aparılır.

Azərbaycan və Qazaxıstan arasında təhsil sahəsində sənədin imzalanma mərasimi olub

Martın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə Azərbaycan–Qazaxıstan sənədlərinin imzalanma mərasimi olub. Mərasim zamanı Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev ilə Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek “3 aprel 2017-ci il tarixli Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Qazaxıstan Respublikasının Elm və Ali Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Sazişə dəyişikliklər edilməsi haqqında Protokol”u imzalayıblar.  Protokola əsasən, tərəflər hər il bakalavriat proqramları üzrə 3 nəfər, magistratura proqramları üzrə 5 nəfər, doktorantura proqramları üzrə 2 nəfər, əsas (baza ali) tibb təhsili və rezidentura proqramları üzrə 2 nəfər üçün tələbə mübadiləsi həyata keçirməyi planlaşdırır. Qazaxıstan tərəfi informasiya və kommunikasiya texnologiyaları, mühəndislik, emal və tikinti sənayesi üzrə 5 nəfər, kənd təsərrüfatı və bioresurslar, incəsənət və humanitar elmlər, sosial elmlər, jurnalistika və informasiya, biznes, idarəetmə və hüquq üzrə 5 nəfər, səhiyyə və sosial təminat (tibb) ixtisasları üzrə 2 nəfərin təhsilini təşkil etməyi üzərinə götürür. Azərbaycan tərəfi isə texniki və texnoloji ixtisaslar üzrə 3 nəfər, humanitar və sosial ixtisaslar üzrə 3 nəfər, iqtisadiyyat və idarəetmə ixtisasları üzrə 3 nəfər, təbiət ixtisasları üzrə 1 nəfər, əsas (baza ali) tibb təhsili və rezidentura ixtisasları üzrə 2 nəfərin təhsilini təşkil edəcək. Protokol çərçivəsində tərəflər tələbələrin Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Qazaxıstan Respublikasının ali (və ya) ali təhsildən sonrakı təhsil müəssisələrinin yataqxanalarında yerləşdirilməsi üçün mümkün səyləri göstərəcək.

Emin Əmrullayev qazaxıstanlı həmkarı ilə görüşüb

Martın 11-də Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində elm və təhsil naziri Emin Əmrullayev Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasət Nurbeklə görüşüb.     Görüş zamanı “Azərbaycan  Respublikasının Təhsil Nazirliyi ilə Qazaxıstan Respublikasının Təhsil və Elm Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında 2017-ci il 3 aprel tarixli Sazişə dəyişikliklər edilməsi barədə Protokol”dan irəli gələn tədbirlərin icrası ilə bağlı məsələlərə dair fikir mübadiləsi aparılıb.    Görüşdə həmçinin iki ölkə arasında elm və təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti, inkişaf perspektivləri müzakirə olunub.

Universitet–biznes əməkdaşlığı istiqamətində layihələr həyata keçirilir

Martın 9-da Azərbaycan Texniki Universitetində yaradılmış KOB Model Müəssisəsi, mühəndis emalatxanası və AzTU Texnoparkı – “Bilişim Vadisi Bakı”nın fəaliyyəti ilə tanışlıq olub.   Tədbirdə iqtisadiyyat naziri Mikayıl Cabbarov, elm və təhsil nazirinin müavini İdris İsayev, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov, Milli Aviasiya Akademiyasının (MAA) birinci prorektoru Ədalət Səmədov iştirak ediblər.    Qeyd olunub ki, model müəssisə sənaye sahəsində fəaliyyət göstərən KOB subyektlərinə və gələcəkdə öz bizneslərini qurmaq istəyən tələbələrə təcrübə keçməyə, bacarıqlarını artırmağa, xüsusilə də universitet–sahibkarlıq əməkdaşlığını inkişaf etdirməyə imkan verəcək.   KOBİA tərəfindən beynəlxalq təcrübə araşdırılmaqla yaradılmış model müəssisədə ilkin planlaşdırmadan başlayaraq müəssisənin qurulmasınadək real biznes prosesini əyani müşahidə etmək mümkün olacaq.    Model müəssisə zəruri avadanlıqlarla təchiz olunub ki, bu da müasir texnoloji avadanlıqların fəaliyyətini əyani görməyə, resursa, vaxt və xərclərə qənaət üsullarını öyrənməyə imkan verəcək. Model müəssisənin təlim-tədris auditoriyalarında sahibkarlıqla bağlı ilkin biliklər də veriləcək.   KOB Model Müəssisəsinin universitet – sahibkarlıq modelinə inteqrasiyasını təmin etmək məqsədilə AzTU-da qurulan “Mühəndis Geliştirme Proqramı”nın (MGP) emalatxanası ilə də tanışlıq olub. Diqqətə çatdırılıb ki, MGP Türk Aviasiya və Kosmik Sənaye Şirkətinin (TUSAŞ) sənayeyönümlü proqramı əsasında AzTU və MAA ilə birgə ərsəyə gətirilib. Proqram çərçivəsində hər il orta hesabla 100 yüksəkixtisaslı mühəndisin hazırlanması nəzərdə tutulur. Bu il MGP proqramı TUSAŞ-ın mütəxəssisləri tərəfindən yerinə yetirilir. Proqram dinləyiciləri AzTU və MAA-nın gənc müəllimləri, yuxarı kurs bakalavr, magistr və doktorantlarıdır.   Daha sonra AzTU - Texnologiya Transfer Ofisi və "Bilişim Vadisi Bakı" ilə tanışlıq zamanı bildirilib ki,  AzTU şirkətlərin cəlbi yolu ilə ali təhsil sistemində innovasiya fəaliyyətinin dəstəklənməsi, eləcə də gənclərin bu istiqamətdə ideya və praktiki bacarıqlarının inkişaf etdirilməsi üçün əlverişli ekosistem yaratmağı hədəfləyir. Bu baxımdan inkubasiya və akselerasiya proseslərinə də dəstək veriləcək.

Nazir müavini Kənan Kərimzadə Qəbələdə vətəndaşları qəbul edib

Qəbələ rayonunda olan elm və təhsil nazirinin müavini Kənan Kərimzadə martın 7-də vətəndaş qəbulu keçirib.    Əvvəlcə ulu öndər Heydər Əliyevin rayon mərkəzində yerləşən abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb.     Sonra yeni istifadəyə verilmiş Zarağan kənd 1 nömrəli tam orta məktəbdə vətəndaş qəbulu keçirilib. Qəbulda Qəbələ, Şəki, Qax və regionun digər rayonlarının sakinləri iştirak ediblər.    Nazir müavini vətəndaşlar tərəfindən edilən hər bir müraciətin operativ olaraq araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun şəkildə həlli ilə bağlı tapşırıqlar verib.   Ardınca Zarağan kənd 1 nömrəli tam orta məktəbdə antiterror əməliyyatı zamanı şəhid olmuş Qəbələ rayonu Mirzəbəyli kənd sakini, Azərbaycan Silahlı Qüvvələrinin mayoru Xəyyam Səmədovun övladları və şəhid Məhəmməd Qarayevin anası, texnologiya müəllimi Könül Qarayeva ilə görüş keçirilib, şəhidlərimizin xatirəsi yad edilib.    Daha sonra Kənan Kərimzadə Qəbələ rayonunda udilərin məskunlaşdığı Nic qəsəbəsində yerləşən Nic qəsəbə 1 nömrəli tam orta məktəbin yeni tikilmiş binasına baxış keçirib, müəllim və şagirdlərlə görüşüb.

Nazir müavini Kənan Kərimzadə Qəbələ və İsmayıllı rayonlarında səfərdədir

Elm və təhsil nazirinin müavini Kənan Kərimzadə Qəbələ və İsmayıllı rayonlarına səfər edib.    Martın 6-da nazir müavini əvvəlcə İsmayıllı və Qəbələdə yerləşən dövlət peşə təhsili mərkəzlərinə baş çəkib, onların maddi-texniki bazası ilə tanış olub, müəssisələrin ərazisinə, o cümlədən emalatxanalar, sinif otaqları və yataqxanaya baxış keçirib.    Kənan Kərimzadə eyni zamanda tədris prosesində iştirak edib. Nazir müavininə mərkəzlərdə mövcud olan ixtisaslar barədə də məlumat verilib.    Daha sonra nazir müavini Qəbələ Dövlət Peşə Təhsili Mərkəzində arıçılıq ixtisası üzrə təhsil alan 73 yaşlı Musa Mahmudovla görüşüb və ölkəmizin ən yaşlı tələbəsinə təhsil həyatında uğurlar arzulayıb.    Nazir müavini sözügedən müəssisələrdə peşə hazırlığının əhatəliliyi və səmərəliliyinin artırılması, işəgötürənlərin peşə təhsili prosesində yaxından iştirakı, ölkə iqtisadiyyatı üçün rəqabətqabiliyyətli ixtisaslı kadrların hazırlanmasının vacibliyini qeyd edib və bununla bağlı mərkəz rəhbərlərinə müvafiq tapşırıqlar verib.   Qeyd edək ki, nazir müavininin səfəri davam edir.

Elm və təhsil nazirinin Abşerondakı vətəndaş qəbulunun vaxtı dəyişdirilib

Elm və təhsil naziri Emin Əmrullayevin 15 mart tarixində Abşeron rayonunda keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib. Belə ki, qəbul martın 14-də keçiriləcək.    Qəbulda Sumqayıt şəhəri, Abşeron, Xızı və Qubadlı rayon sakinlərinin iştirakı nəzərdə tutulub.   Qeyd edək ki, qəbulda yalnız müvafiq qaydada müraciət etmiş şəxslər iştirak edəcəklər.

Türkiyənin Ali Təhsil Şurasının nümayəndə heyətinin ölkəmizə səfəri davam edir

Türkiyə Respublikasının Ali Təhsil Şurasının nümayəndə heyəti martın 5-dən ölkəmizdə səfərdədir.   Erol Özvarın rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfərinin ikinci günündə qonaqlar Fəxri xiyabanı ziyarət ediblər və ümummilli lider Heydər Əliyevin məzarı önünə gül dəstələri düzüblər.   Daha sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olanların xatirəsi anılıb, məzarları üzərinə qərənfillər qoyulub. Bununla yanaşı, “Türk şəhidliyi” abidəsi ziyarət olunub.   Səfər çərçivəsində nümayəndə heyəti Azərbaycan Texniki Universitetində də olub.    Nümayəndə heyəti həmçinin STEAM İnnovasiya Mərkəzini ziyarət edib və mərkəzdə yaradılan şəraitlə tanış olub.

“Məktəbli könüllü” proqramının açılış mərasimi keçiriləcək

Məktəblilərin sistemli şəkildə könüllü fəaliyyətə cəlb edilmələri məqsədilə ölkədə ilk dəfə olaraq həyata keçirilən “Məktəbli könüllü” proqramının 15 mart tarixində açılış mərasimi keçiriləcək.   132-134 nömrəli təhsil kompleksində təşkil olunacaq proqramın açılış mərasimində iştirak etmək istəyən şagirdlər aşağıdakı keçid vasitəsilə 13 mart saat 18:00-dək qeydiyyatdan keçə bilərlər.   Link: https://forms.gle/pABTT2ieB3waGFJ78   Qeyd edək ki, 8, 9, 10 və 11-ci sinif şagirdləri arasında ictimai fəal və sosial məsuliyyətli məktəbli profilinin formalaşdırılmasına xidmət edən proqram “Bir könüllü” Tələbə Təşkilatının təşəbbüsü, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilir.   İlkin mərhələdə yalnız Bakı, Xırdalan və Sumqayıt ərazilərində yerləşən ümumi təhsil müəssisələrini əhatə edən proqrama bu günə qədər 1000-dən çox müraciət daxil olub. Müsahibə mərhələsinə 720 nəfər dəvət edilib və onlardan 350-si proqrama üzvlük haqqı qazanıb.

24/03/2024

Təhsil müəssisəsinin, ixtisasın və ya təhsilalma formasının dəyişdirilməsi qaydası

Ətraflı
21/03/2024

Dövlət Proqramı çərçivəsində xaricdə təhsil alan tələbələrdən tövsiyələr ? #ElmVəTəhsilNazirliyi #DP #XaricdəTəhsil

Ətraflı
21/03/2024

#21mart Azərbaycanın ilk Xalq şairi, dramaturq Səməd Vurğunun doğum günüdür. #GününTarixi #SəmədVurğun

Ətraflı