• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzi (146) daha bir region üzrə vətəndaşların sorğularını cavablandıracaq.    Vətəndaşlar 146 – 0 – 9 nömrəsi ilə əlaqə yaratmaqla Şirvan–Salyan Regional Təhsil İdarəsinin tabeliyində olan məktəbəqədər və ümumi təhsil müəssisələrinin fəaliyyəti ilə bağlı sorğu və şikayətlərinə cavab ala bilərlər.

Məktəblərdə kibertəhlükəsizlik qaydaları ilə bağlı maarifləndirmə tədbirləri keçiriləcək

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) və Elm və Təhsil Nazirliyinin “Məktəblinin dostu” layihəsi arasında Anlaşma Memorandumu imzalanıb. Memorandumun imzalanmasında məqsəd uşaqların internetdən təhlükəsiz istifadə imkanlarının möhkəmləndirilməsi üçün maarifləndirmə tədbirlərini intensiv həyata keçirməkdir. Bununla da ETX daha geniş auditoriyaya çatmağı, həmçinin məktəblilərin kibertəhlükələr və onlayn risklər haqqında məlumatlılığının artırılmasına nail olmağı planlaşdırır. Layihə çərçivəsində Bakı və Abşeron üzrə 66, bölgələr üzrə isə 11 məktəbdə kibertəhlükəsizlik qaydaları ilə bağlı maarifləndirmə tədbirlərinin keçirilməsi nəzərdə tutulur. Sözügedən tədbirlər üzrə ümumilikdə 12 000 məktəblinin kibertəhlükəsizlik qaydaları və onlayn risklər barədə məlumatlandırılması hədəflənir.

Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzi (146) yeni istiqamət üzrə vətəndaşların sorğularını cavablandıracaq.   Vətəndaşlar 146 – 9 xətti vasitəsilə Dövlət Proqramı İdarəetmə Qrupu ilə əlaqə yarada, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”na dair suallarına cavab ala bilərlər.

Vətəndaş müraciətlərinin statistikası

Martın 1-dən 15-dək Elm və Təhsil Nazirliyi və qurumlarına 19 590 vətəndaş müraciəti daxil olub.   Müraciətlərin 12 683-ü  çağrı mərkəzləri, 660-ı  sosial media, 2 395-i "WhatsApp" vasitəsilə, 907-si elektron, 873-ü yazılı formada yönləndirilib. Vətəndaş qəbulu zamanı isə 2 072 müraciət qeydə alınıb.    Müraciətlər şagirdlərin yerdəyişməsi, tələbələrin köçürülməsi, işə qəbul, xaricdə təhsil, təhsil haqqı və güzəştlər, müəllimlərin iş yerinin dəyişdirilməsi, təhsilverənlərin sertifikatlaşdırılması və digər məsələlərlə bağlı olub.

Qrant müsabiqəsi çərçivəsində layihələrin qiymətləndirilməsi məqsədilə Ekspert Bankına qeydiyyat başlayır

Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsinin Təşkilat Komitəsi müsabiqəyə daxil olan layihələrin qiymətləndirilməsi məqsədilə Ekspert Bankına qeydiyyat üçün müraciətlərin qəbulunu elan edir. Ekspert Bankının yaradılmasında məqsəd qrant müsabiqəsinə daxil olan layihələrin şəffaf, peşəkar və obyektiv qiymətləndirilməsini təmin etməkdir. Prosesə cəlb olunacaq mütəxəssislərin əməyi xidmət müqaviləsi əsasında ödəniləcək.  Namizədlərə verilən tələblər: 1. Ali təhsil; 2. Təhsil sahəsində azı 5 (beş) il təcrübə; 3. Layihələrin tərtibatı, idarə olunması və ya qiymətləndirilməsi sahəsində azı 20 (iyirmi) layihə ilə iş təcrübəsi (beynəlxalq sertifikat və təcrübəyə malik olanlara üstünlük veriləcək);  4. İKT-dən istifadə bacarığı; 5. Komandada işləmək və əməkdaşlıq bacarığı; 6. Qiymətləndirmə və rəy yazmaq bacarığı. Müraciət üçün son tarix: 29 mart 2024-cü il Tələblərə cavab verən şəxslər müraciətlərini buradan göndərə bilərlər. Təqdim edilən məlumatlar əsasında uyğun namizədlər müəyyənləşdiriləcək və onlarla əlaqə saxlanılacaq.   

“Məktəbli könüllü” proqramının açılış mərasimi keçirilib

Martın 15-də 132-134 nömrəli təhsil kompleksində Elm və Təhsil Nazirliyinin dəstəyi, “Bir könüllü” Tələbə Təşkilatının təşəbbüsü ilə həyata keçirilən “Məktəbli könüllü” proqramının açılış mərasimi keçirilib.    Açılış nitqi ilə çıxış edən təhsil kompleksinin direktoru Sara Xanlarova proqram üzvlərinə uğurlar arzulayıb.    Daha sonra layihə rəhbəri, ”Bir könüllü” Tələbə Təşkilatının sədri Leyla Zeynalova tədbir iştirakçılarına proqramın məqsəd və hədəfləri barədə məlumat verib. Leyla Zeynalova bildirib ki, proqram 8, 9, 10 və 11-ci sinif şagirdləri arasında ictimai fəal və sosial məsuliyyətli məktəbli profilinin formalaşdırılmasına xidmət edir.   İlkin mərhələdə yalnız Bakı, Xırdalan və Sumqayıt ərazilərində yerləşən ümumi təhsil müəssisələrini əhatə edən proqrama bu günə qədər 1000-dən çox müraciət daxil olub. Müsahibə mərhələsinə 720 nəfər dəvət edilib və onlardan 350-si proqrama üzvlük haqqı qazanıb.   Tədbirdə çıxış edən Elm və Təhsil Nazirliyinin Uşaqların Müdafiəsi İdarəsinin rəis müavini Günel Səfərova, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Orxan Abbasov proqramın əhəmiyyəti və məktəblilərin həyatındakı rolundan danışıb, iştirakçılara uğurlar arzulayıblar.    Tədbir bədii hissə ilə davam etdirilib.

“Azərbaycan müəllimi” qəzeti rebrendinq müsabiqəsi elan edir

Elm və Təhsil Nazirliyinin mətbuat orqanı olan və 1934-cü ildən fəaliyyət göstərən “Azərbaycan müəllimi” qəzeti ölkəmizdəki ən önəmli təhsil carçısıdır. 2024-cü ildə 90 illik yubileyini qeyd edəcək bu qədim tarixə malik qəzetin müasir dövrün tələblərinə uyğunlaşdırılması məqsədilə rebrendinq müsabiqəsinə start verilib.    Müsabiqədə iştirak etmək istəyənlər “Azərbaycan müəllimi” qəzetinin yeni loqosu və internet saytının əsas səhifəsinin dizaynı ilə bağlı təkliflərini digital@media.edu.az elektron poçt ünvanına göndərə bilərlər.   Müraciət üçün son tarix 10 aprel 2024-cü ildir.   Namizədlər müsabiqədə fərdi və yaxud ikinəfərlik qrup olaraq iştirak edə bilərlər. Birinci yeri qazanan şəxs və ya komanda qəzetin 90 illik yubileyi ilə əlaqədar keçiriləcək tədbirdə iştirak edəcək və təşəkkürnamə ilə təltif olunacaq. Qalibə həm də 1500 AZN dəyərində pul mükafatı təqdim ediləcək.   Ətraflı məlumatla nazirliyin rəsmi internet saytının “Elanlar” bölməsində yerləşdirilmiş keçid vasitəsilə tanış ola bilərsiniz. "Azərbaycan müəllimi" qəzeti yenilənir - Rebrendinq müsabiqəsi      

Nazir müavini İdris İsayev Abşeronda vətəndaşları qəbul edib

Martın 14-də elm və təhsil nazirinin müavini İdris İsayev Abşeron rayonunda vətəndaşları qəbul edib.     Əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb.    Qəbulda Sumqayıt şəhəri, Abşeron, Xızı və Qubadlı rayon sakinləri iştirak ediblər.   Vətəndaşların müraciətləri işə qəbul, ümumi təhsil və digər məsələlərlə bağlı olub.   Nazir müavini İdris İsayev qəbula yazılmış vətəndaşları dinləyib, hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində tapşırıqlar verib.

VIII qrant müsabiqəsinə sənəd qəbulu davam edir

Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinə sənəd qəbulu davam edir.    Müsabiqədə dövlət tam orta və təşkilati-hüquqi formasından asılı olmayaraq, bütün ümumi təhsil müəssisələrində çalışan pedaqoji işçilər iştirak edə bilərlər.    Layihə sənədlərinin qəbulu www.grants.edu.az saytı üzərindən həyata keçirilir.    Qrant müsabiqəsi barədə ətraflı məlumatla aşağıdakı elan vasitəsilə tanış ola bilərsiniz:   Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsi

Qarabağ Universitetində daha iki vakansiya elan edilib

Qarabağ Universitetində mərkəz direktoru və ingilis dili müəllimi vəzifələri üzrə vakansiyalar elan edilib.    Tələblərə cavab verən namizədlər müraciətlərini karabakh@edu.gov.az elektron poçt ünvanına göndərə bilərlər.    Namizədlər ətraflı məlumatla nazirliyin rəsmi internet səhifəsinin "Elanlar" bölməsinə, eləcə də aşağıdakı keçidlərə daxil olmaqla tanış ola bilərlər.   Diqqətinizə çatdırırıq ki, yalnız vakansiya tələblərinə uyğun gələn və bütün lazımi sənədləri təqdim edən şəxslərin müraciətlərinə baxılacaq. Qarabağ Universitetində vakansiya – mərkəz direktoru Qarabağ Universitetində vakansiya – ingilis dili müəllimi

24/03/2024

Təhsil müəssisəsinin, ixtisasın və ya təhsilalma formasının dəyişdirilməsi qaydası

Ətraflı
21/03/2024

Dövlət Proqramı çərçivəsində xaricdə təhsil alan tələbələrdən tövsiyələr ? #ElmVəTəhsilNazirliyi #DP #XaricdəTəhsil

Ətraflı
21/03/2024

#21mart Azərbaycanın ilk Xalq şairi, dramaturq Səməd Vurğunun doğum günüdür. #GününTarixi #SəmədVurğun

Ətraflı