• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Plastik boru qaynaqçısı” peşəsi üzrə biliklər qiymətləndirilib

Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən “Plastik boru qaynaqçısı” peşə ixtisası üzrə qeyri-formal və informal yollarla əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübələrin qiymətləndirilməsinin ilkin mərhələsi həyata keçirilib.

 

Agentliyin inzibati binasında keçirilən test imtahanı mövcud karantin rejiminin tələblərinə uyğun olaraq təşkil edilib. Agentliyin nümayəndəsinin sədrlik etdiyi Komissiya tərəfindən qiymətləndirmə aparıldıqdan sonra yüksək nəticə göstərmiş ərizəçilər bacarıq, səriştə və təcrübələrin praktiki qiymətləndirilmə mərhələsində iştirak etmək hüququ əldə edəcəklər. Praktiki imtahanlar aprelin 22-də  “Crocus Trading” MMC-nin təşkilatı dəstəyi ilə “CroPlast” zavodunun istehsalat bazasında həyata keçiriləcək.

 

Qeyd edək ki, “Plastik boru qaynaqçısı” ixtisası üzrə qeyri-formal və informal təhsilin tanınması üçün qeydiyyat https://bit.ly/2Q8AoVF  davam edir.


3 il əvvəl