Yeni elektron xidmət istifadəyə verilib
Aprelin 14-də peşə təhsili müəssisələrinə direktor müavinlərinin işə qəbulu üzrə elektron qeydiyyat prosesinə start verilib. Müraciətlərin qeydiyyatı Təhsil Nazirliyinin elektron xidmətlər portalı (https://portal.edu.az/) vasitəsi ilə həyata keçirilir.
Xidmət vasitəsi ilə elektron müraciətlərin ünvanlanması, müraciət sənədlərinin təqdim edilməsi, müsabiqə və müsahibə mərhələlərinə dəvət və nəticələr barəsində məlumatlandırmanın aparılması nəzərdə tutulub.
Xidmətin elektron formatda həyata keçirilməsində məqsəd bu sahədə aparılan işlərin çevik və keyfiyyətli təşkilinə, müraciətlərin sadə və rahat şəkildə aparılmasına şərait yaratmaqdır. Vətəndaşların müraciətin hansı mərhələdə olduğunu izləmək imkanı vardır ki, bu da göstərilən xidmətin açıq və şəffaf formada təşkilinə imkan verir.
Qeyd edək ki, https://portal.edu.az/ Təhsil Nazirliyinin təqdim etdiyi bütün elektron xidmətləri vahid məkanda birləşdirən platformadır. Vətəndaşlar bir platformada qeydiyyatdan keçməklə, öz şəxsi kabinetləri vasitəsi ilə müvafiq elektron xidmətlərdən faydalana biləcəklər.
3 il əvvəl
Digər xəbərlər
-
“Sabahın alimləri” XIII Respublika Müsabiqəsinin bağlanış mərasimi keçirilib
19.04.2024 - 18:00 -
Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib
19.04.2024 - 15:23 -
I sinfə elektron sənəd qəbulunun vaxtı açıqlanıb
19.04.2024 - 14:56 -
"Məktəblinin dostu" layihəsinin fəaliyyətinə dair elmi araşdırmanın təqdimatı keçirilib
18.04.2024 - 17:01 -
“Sabahın alimləri” XIII Respublika Müsabiqəsinin final mərhələsinin II günü - Fotolent
18.04.2024 - 14:10