• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Məktəb psixoloqları üçün ixtisasartırma təlimləri təşkil olunub

Təhsil İnstitutu UNICEF (BMT-nin Uşaq Fondu) ilə birgə "Fövqəladə vəziyyət şəraitində uşaqlara və yeniyetmələrə məktəb əsaslı psixososial dəstəyin göstərilməsi" adlı layihənin icrasını davam etdirir.

 

Layihə çərçivəsində cəbhəyanı ərazilərdə fəaliyyət göstərən məktəb psixoloqları üçün “Böhran vəziyyətlərində məktəbdə ilkin psixoloji yardım məsələləri” mövzusunda ixtisasartırma təlimləri təşkil olunub. Təlimlər Vətən müharibəsindən təsirlənən müəllimlərə, şagirdlərə və valideynlərə psixoloji dəstək verilməsi, onların sosial və emosional bacarıqlarını gücləndirməsində məktəb psixoloqlarının bilik və bacarıqlarının artırılması məqsədilə həyata keçirilib.

 

Ağdam, Ağcabədi, Bərdə, Tərtər, Tovuz, Füzuli, Goranboy rayonları, Gəncə və Naftalan şəhərlərində keçirilən təlim proqramı məktəbdə psixoloji xidmətin etik prinsipləri, məktəb psixoloqunun əsas bacarıqları, böhran vəziyyətlərinin profilaktikası, böhran vəziyyətlərinin diaqnostikası, böhran vəziyyətlərində ilkin psixoloji yardım texnikaları, dialektik davranış terapiyası və digər mövzuları əhatə edir. Təlimlər zamanı müdavimlərə məktəb psixoloqunun vəzifə öhdəlikləri və hüquqları, psixoloqun ünsiyyət, müşahidə və stressi idarəetmə bacarıqları, böhran hallarının uşaq psixologiyasına təsiri, böhran vəziyyətinin yaratdığı psixi travmalar, proyektiv metodikalar və onlardan istifadə, söhbət metodu, uşaqlarda və yetkinlərdə emosional intellektin inkişaf etdirilməsi və s. haqqında məlumatlar verilib. Eyni zamanda, mövzularla bağlı müəllimlərin fikirləri dinlənilib, bu bacarıqların inkişaf etdirilməsi üçün nəzərdə tutulmuş proyektiv metodikalar, nəfəs texnikaları və müvafiq faydalı tapşırıqlar işlənilib. 

 

Qeyd edək ki, “Böhran vəziyyətlərində məktəbdə ilkin psixoloji yardım məsələləri” mövzusunda təlimlər "Microsoft Teams" platforması üzərindən onlayn formatda keçirilib. Mart ayının sonuna qədər 300 məktəb psixoloqu təlimlərə cəlb olunub.

 


2 il əvvəl