• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Peşə təhsili müəssisələrinə direktor müavinlərinin işə qəbuluna başlanılır

Cari ildə peşə təhsili müəssisələrinə direktor müavinlərinin işə qəbulu ilk dəfə olaraq mərkəzləşdirilmiş qaydada müsabiqə yolu ilə həyata keçiriləcək. 

 

Müsabiqə peşə təhsili müəssisələrinin vakant olan tədris-istehsalat işləri, təlim-tərbiyə işləri və inzibati-təsərrüfat işləri üzrə direktor müavini vəzifələri üzrə 3 mərhələli şəkildə aparılacaq. Müraciətlərin qeydiyyatı 14 - 21 aprel tarixlərində https://portal.edu.az/ elektron müraciət portalı vasitəsi ilə həyata keçiriləcək. Portal elektron müraciətlərin ünvanlanması, müraciət sənədlərinin təqdim edilməsi, müsabiqə və müsahibə mərhələlərinə dəvət və nəticələr barəsində məlumatlandırma üçün nəzərdə tutulub. 

 

Müsabiqə elektron әrizәlәrin qәbulu, test imtahanı və müsahibә mәrhәləsindən ibarətdir. 

 

Aşağıda göstərilən meyarlar üzrə tələblərə cavab verən şəxslər vakant olan vəzifələrə müraciət edə bilərlər:

 

· Tədris-istehsalat üzrə direktor müavini vəzifəsi üzrə: Ali pedaqoji və yaxud müəssisənin profilinə uyğun ixtisas və idarəetmə sahəsi üzrə ali təhsil, 3 ildәn az olmayaraq ixtisasına uyğun sahədə əmək stajı və ya pedaqoji stajı; 

 

· Tərbiyə işləri üzrə direktor müavini vəzifəsi üzrə: Ali təhsil, pedaqoji sahədə 3 ildən az olmayaraq əmək stajı; 

 

· İnzibati-təsərrüfat işləri üzrə direktor müavini vəzifəsi üzrə: Ali və ya orta ixtisas təhsili, inzibati-təsərrüfat işlərində təcrübə.

 

Qeyd edək ki, seçim zamanı müvafiq vəzifə üzrə iş təcrübəsi və idarəçilik bacarıqlarının olması ümumi meyar olaraq qiymətləndiriləcək. 


3 il əvvəl