• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

MenyuMenyu

Sual-cavab

“Dostluğun sehri” müsabiqəsi davam edir

“Dostluğun sehri” IV beynəlxalq uşaq rəsm müsabiqəsi davam edir. Müsabiqə Təhsil Nazirliyinin dəstəyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tərəfdaşlığı və 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə keçirilir.

 

Cari ildə “İdman – sağlamlıq, dostluq, birlik...” mövzusuna həsr olunan müsabiqənin keçirilməsində əsas məqsəd böyüməkdə olan gənc nəsildə idmana olan marağı artırmaq, idmanın hər birimiz üçün vacib olduğunu cəmiyyətə çatdırmaq, uşaqlarda tolerantlıq, sülh, həmrəylik, əməkdaşlıq, dostluq, əmin-amanlıq hisslərini aşılamaq, dünyanın müxtəlif ölkələrində yaşayan uşaqların idmanla bağlı çəkdikləri rəsm əsərlərində bu mövzu ilə əlaqədar maraqlı fikir və düşüncələrini bilmək, dünya uşaqları arasında qarşılıqlı hörmət və dostluq münasibətlərini yaratmaq və gənc istedadları üzə çıxarmaqdan ibarətdir.

 

Müsabiqə 3 yaş qrupu (6-9, 10-13, 14-17) üzrə 4 mərhələdə keçirilir:

I mərhələ - 15 mart - 15 aprel 2021-ci il. Müsabiqə ilə bağlı dəvətin göndərilməsi.

II mərhələ - 15 aprel – 30 oktyabr 2021-ci il.

III mərhələ - 30 oktyabr – 30 noyabr 2021-ci il. İşlərin münsiflər heyəti tərəfindən qiymətləndirilməsi.

IV mərhələ - Müsabiqənin yekunu ilə bağlı sərginin keçirilməsi və qaliblərin mükafatlandırılması.

 

Müsabiqə üzrə tələblər aşağıdakılardır:

Müsabiqədə dünya ölkələrinin məktəbliləri ilə yanaşı respublikamızın ümumtəhsil məktəblərinin şagirdləri və uşaq-gənclər inkişaf mərkəzlərinin dərnək üzvləri iştirak edə bilər;      

- Uşaqlar rəsmlərə yaradıcı yanaşmalı və sərbəst işləməlidir;

- Rəsmlərin işlənmə texnikası sərbəstdir (rəngkarlıq, qrafika , kollaj və s.);

- Rəsmlərin formatı 60X40 sm ölçüdə olmalı, çərçivəyə salınmamalıdır;

- Hər bir iştirakçı müsabiqəyə bir rəsm işi təqdim edə bilər;

- Müsabiqəyə qatılan təhsil müəssisəsindən hər yaş kateqoriyası üzrə 1 rəsm işi qəbul ediləcək;

- Müsabiqəyə aşağıda qeyd olunan mövzulara uyğun rəsm işləri göndərilməlidir;
·
İdman və ətraf mühit;

·
İdman və sülh;

·
İdman və texnologiya;

·
İdman və mədəniyyət;

·
İdman və dostluq;

·
İdman və inkluziya.

- Müəllif haqqında məlumatlar çap edilərək rəsmin arxa tərəfində yuxarı sol küncünə yapışdırılmalıdır;

- Müsabiqənin şərtlərinə cavab verməyən, o cümlədən, cinsi, irqi və milli ayrı-seçkiliyi, xalqlararası ədavəti və separatizmi təbliğ edən, ümumiyyətlə ümumbəşəri dəyərlərin əleyhinə olan işlər qəbul edilməyəcək;

- Müsabiqədə iştirak edən rəsmlər geri qaytarılmır.

Qeyd edək ki, müsabiqə ilə bağlı sual yarandığı halda (012) 498 39 23; (012) 498 39 17; (050) 391 47 06 telefon nömrələri ilə əlaqə saxlanıla bilər.

 

Proqram


09.04.2021 - 18:30