• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş anım mərasimi

Fevralın 26-da Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar onlayn anım mərasimi keçirilib.

 

Öncə Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçən şəhidlərimizin və Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Daha sonra soyqırım qurbanları ilə bağlı videoçarx nümayiş olunub.

 

Anım mərasimində çıxış edən təhsil naziri Emin Əmrullayev Xocalı soyqırımı qurbanları və bütün şəhidlərimizə Allahdan rəhmət diləyib, hər birinin əziz xatirəsinin həmişə uca tutulduğunu qeyd edib. Gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsinin vacibliyini vurğulayan nazir XX əsrin ən dəhşətli hadisəsi olan Xocalı soyqırımı haqqında təhsil müəssisələrində aparılan maarifləndirici işlərə toxunub. Emin Əmrullayev 44 günlük Vətən müharibəsində düşmən üzərində qazanılan qələbədən, torpaqlarımızın işğaldan azad edilməsindən də söz açıb.

 

Tədbir bədii hissə ilə davam etdirilib. Mərasimdə yerli və xarici bəstəkarların əsərləri səsləndirilib.


3 il əvvəl