• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Direktorların işə qəbulu üzrə növbəti onlayn sınaq imtahanı keçiriləcək

Fevralın 25-də Təhsil Nazirliyi tərəfindən direktorların işə qəbulu üzrə təkrar onlayn sınaq imtahanı keçiriləcək. Sınaq imtahanında direktor vəzifəsinə işə qəbul üzrə müsabiqədə elektron qeydiyyatdan keçən və fevralın 19-da keçirilmiş sınaq imtahanına qatılmayan şəxslər iştirak edə bilərlər.

 

Sınaq imtahanında iştirak etmək istəyən şəxslər 25 fevral saat 15:00-dan 18:00-dək www.miq.edu.az/imtahan/login.php linkinə daxil olaraq şəxsiyyəti təsdiq edən sənədin fin kodunu və iş nömrəsini daxil etdikdən sonra imtahanda iştirak edə bilərlər. Namizədlər həmçinin şəxsi kabinetlərində aktivləşdiriləcək “Sınaq imtahanında iştirak et” xanasına daxil olaraq imtahana qatıla bilərlər. 

 

Müsabiqənin test imtahanı mərhələsində olduğu kimi onlayn sınaq imtahanında da namizədlərə 90 dəqiqə ərzində əmək və təhsil qanunvericiliyi üzrə 40, məntiq üzrə 20 test tapşırığı təqdim olunacaq. Hər namizəd sınaq imtahanında 1 dəfə iştirak etmək hüququna malikdir.


3 il əvvəl