• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Xocalı soyqırımını unutma!” adlı onlayn rəsm müsabiqəsi keçirilib

Xocalı soyqırımının iyirmi doqquzuncu ildönümünə həsr olunmuş “Xocalı soyqırımını unutma!” adlı onlayn rəsm müsabiqəsi keçirilib. Müsabiqə Təhsil Nazirliyi 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi və Nəsimi Rayonu Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə baş tutub.

 

Müsabiqənin məqsədi Xocalı faciəsinin qurbanlarını ehtiramla yad etmək, məktəblilər arasında milli vətənpərvərlik ruhunu yüksəltmək, gənc nəslə tarixi həqiqətləri çatdırmaq və istedadlı şagirdlərin yaradıcılıq potensiallarını üzə çıxarmaqdan ibarət olub.

 

Müsabiqədə 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri və Nəsimi rayonunda yerləşən ümumtəhsil məktəblərinin şagirdləri iştirak edib. Müsabiqəyə ümumilikdə 135 rəsm və əl işi təqdim edilib. Münsiflər heyəti tərəfindən işlər qiymətləndirilərək qaliblər müəyyən edilib. 

 

Müsabiqənin qalibləri diplom, digər iştirakçılar isə təşəkkürnamə ilə təltif olunublar.


3 il əvvəl