• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Yanvar ayı üçün tanınma üzrə müraciətlərin statistikası

Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən yanvar ayı üçün tanınma üzrə müraciətlərə dair statistik məlumat açıqlanıb. Belə ki, qeyd edilən ay üzrə icrası 21 gün ərzində tamamlanan 199 müraciətçinin 138-i barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 61 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.

 

Tədris dili üzrə bilik səviyyəsinin qənaətbəxş olmaması səbəbi ilə 30, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 28, tanınma üçün müraciət etdiyi ixtisasının ölkə ərazisində  ekvivalentinin olmaması səbəbi ilə 2 və xarici baza (bakalavr) ixtisasının tanınmaması səbəbi ilə 1 nəfərin  müraciəti mənfi qərarla yekunlaşıb.

 

İxtisas seçimlərində iqtisadiyyat üzrə 34, hüquqşünaslıq üzrə 24, tibb üzrə 24, maliyyə üzrə 23, mühəndislik üzrə 21, biznesin idarə edilməsi üzrə 14, beynəlxalq münasibətlər üzrə 9, turizm üzrə 7, menecment üzrə 6 və digər ixtisaslar üzrə 37 nəfər müraciətçi qeydə alınıb.

 

Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda, Ukraynadan 59, Rusiyadan 51, Türkiyədən 46, Gürcüstandan 17, Böyük Britaniya və Şimali İrlandiya Krallığından 5, Qazaxıstandan 5, İrandan 2, Belarusdan 2, Polşadan 2 və Çexiyadan 1  nəfərin yer aldığı müşahidə olunur.

 

Əlavə olaraq, vətəndaşların Təhsildə Keyfiyyət Təminatı Agentliyinin internet səhifəsinin  (www.tkta.edu.az) "Mütəmadi verilən suallar” bölməsi ilə tanış olmaları tövsiyə olunur.


3 il əvvəl