Açar söz: akkreditasiya
Nəticə tapılıb: 59
21.12.2018 15:00

Təhsil sənədin tanınıbmı?

İmtinaların əsas səbəbləri Azərbaycanı tərk etmədən, tədris dilini bilmədən əldə edilən diplomlardır

Ətraflı
19.12.2018 11:09

Akkreditasiya və Nostrifikasiya İdarəsinə mediatur

Dekabrın 19-da Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinə mediatur keçirilib.

Ətraflı
19.11.2018 11:00

13-cü Avropa Keyfiyyət Təminatı Forumunda iştirak

Avstriyanın Vyana şəhərində 13-cü Avropa Keyfiyyət Təminatı Forumu (EQAF) keçirilib. Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin Akkreditasiya şöbəsinin müdiri Tofiq Əhmədov tədbirdə iştirak edib.

Ətraflı
19.09.2018 11:00

Xarici ali təhsil müəssisələrində təhsil formasını seçən zaman vətəndaşlar nələrə diqqət etməlidirlər?

Təhsil Nazirliyi vətəndaşların diqqətinə çatdırır ki, Azərbaycan Respublikasının təhsil qanunvericiliyində fərdi (individual) qrafik üzrə, sərbəst, əyani-qiyabi və ya qiyabi-əyani təhsilalma formaları nəzərdə tutulmayıb.

Ətraflı
29.05.2018 15:00

Akkreditasiya prosesinə dair təlim

Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin Akkreditasiya şöbəsinin əməkdaşları tərəfindən  akkreditasiya prosesinə dair təlimlər  keçirilib.

Ətraflı
11.05.2018 09:00

Peşə təhsilinin akkreditasiyası üzrə Estoniya təcrübəsi öyrənilib

Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin əməkdaşları Estoniyanın Ali və Peşə Təhsili üzrə Keyfiyyət Agentliyində (EKKA) peşə təhsilinin akkreditasiyası üzrə təcrübə mübadiləsi üçün Tallində səfərdə olublar.

Ətraflı
04.05.2018 18:00

Akkreditasiya prosesinə dair təlimlər davam edir

Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin Akkreditasiya şöbəsinin əməkdaşları tərəfindən cari tədris ilindən başlayaraq akkreditasiya prosesinə dair keçirilən təlimlər davam edir.

Ətraflı
26.01.2018 14:00

Akkreditasiya üzrə ekspertlər üçün beynəlxalq seminar

12-14 fevral 2018-ci il tarixlərində Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsi tərəfindən “Ali təhsil müəssisələrində potensialın gücləndirilməsi” mövzusunda seminar təşkil olunacaq. 

Ətraflı
29.11.2017 14:00

Ali təhsil müəssisələrində təlimlər

2017-2018-ci tədris ili müddətində akkreditasiyası keçiriləcək ali təhsil müəssisələrinin əməkdaşlarına təlimlər keçirilib.

Ətraflı
05.01.2017 17:00

2016-cı ilin təhsil xronikası

Təhsil Nazirliyi 2016-cı ildə təhsil sistemində müasir idarəetmə modelinin tətbiqi, keyfiyyətin yüksəldilməsi, kadr potensialının səriştə və kompetensiya baxımından gücləndirilməsi, şəffaflığın təmin edilməsi və digər müvafiq istiqamətlər üzrə həyata keçirilmiş islahat və tədbirlərin qısa xülasəsini ictimaiyyətə təqdim edir.

Ətraflı
16.12.2016 16:00

Azərbaycan Avropa Ali Təhsil Məkanında Keyfiyyətin Təminatı üzrə Assosiasiyaya (ENQA) qoşulub.

Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin Avropa Ali Təhsil Məkanında Keyfiyyətin Təminatı üzrə Assosiasiyaya (ENQA) müşahidəçi statusu ilə qoşulmaqla bağlı müraciətinə ENQA-nın Direktorlar Şurası tərəfindən müsbət rəy verilib. 

Ətraflı
21.09.2015 12:11

Avqustun 6-da Gəncə şəhərində Azərbaycan Texnologiya Universitetinin pedaqoji kollektivinin iclası keçirilib.

Azərbaycan Respublikasının təhsil nazirinin müavini Firudin Qurbanovun, nazirliyin aparat rəhbərinin müavini Yaqub Piriyevin və digər rəsmi şəxslərin iştirak etdiyi iclasda ali təhsil müəssisəsinin fəaliyyəti geniş müzakirə olunub.

Ətraflı
21.09.2015 12:11

Azərbaycanın ali məktəbləri beynəlxalq akkreditasiyadan keçib.

Azərbaycan Texniki Universitetinin 4, Sumqayıt Dövlət Universitetinin 3 və Dövlət Neft Akademiyasının 3 ixtisası Avropa akkreditasiya agentliyinin (ASİİN) sertifikatı ilə təmin edilib.

Ətraflı
21.09.2015 12:11

İyunun 19-da Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov Estoniya Respublikasının Təhsil Nazirliyinin baş katibinin müavini Madis Lepajoeni qəbul edib.

Təhsil naziri Mikayıl Cabbarov Azərbaycanla Estoniya arasında əməkdaşlığın yüksələn xətlə inkişaf etdiyini və Estoniyanın təhsil islahatları sahəsində təcrübəsinin öyrənilməsinin dəyərli olacağını söyləyib, bu təcrübənin Azərbaycanla bölüşmək təşəbbüsünə görə minnətdarlığını ifadə edib.

Ətraflı
21.09.2015 12:11

ABŞ-ın Harvard Universitetində dil təlimində innovasiyaların tətbiqi mövzusunda beynəlxalq forum keçirilib.

3 günlük forumda təhsildə mükəmməllik, dil bacarıq və vərdişləri, standartlaşmış dil testləri, kurikulumların qloballaşdırılması, dil müəllimi hazırlığı, müasir təlim texnologiyalarının tətbiqi, bilik və bacarıqların qiymətləndirilməsi kimi məsələlər müzakirə olunub

Ətraflı
21.09.2015 12:11

Avropa Ali Təhsil Müəssisələri Assosiasiyasının (EURASHE) təşkilatçılığı ilə 3-4 dekabr 2014-cü il tarixlərində Litvanın paytaxtı Vilnus şəhərində beynəlxalq konfrans keçirilib.

Konfransın işində Avropa və ABŞ-ın 95 universiteti və təhsil təşkilatlarını təmsil edən 230-dan çox numayəndə iştirak edib.

21.09.2015 12:11

Bakıda Avropa Vahid Təhsil Məkanı Konsepsiyasının həyata keçirilməsi üzrə təhsil nazirlərinin 4-cü iclası başa çatıb.

Təhsil naziri Mikayıl Cabbarov iclasın açılış mərasimində çıxış edərək iştirakçılara “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” çərçivəsində ölkəmizdə aparılmış təhsil islahatları və 2005-ci ildə Boloniya prosesinə qoşulduqdan sonra Avropa Vahid Təhsil Məkanı Konsepsiyasının Azərbaycanda həyata keçirilməsi prosesi barədə məlumat verib.

Ətraflı
21.09.2015 12:11

Son 10 il ərzində Azərbaycanda 2900 məktəb tikilib və təmir edilib.

Təhsil sahəsində həyata keçirilən islahatlar yeni tədris ilində də davam etdiriləcək.

Ətraflı
21.09.2015 12:11

Təhsil nazirinin müavini Ceyhun Bayramovun APA İnformasiya Agentliyinə müsahibəsi

Prezidentin Sərəncamı idarəetmə sahəsində aparılacaq islahatların başlanğıcı kimi dəyərləndirilməlidir

Ətraflı
21.09.2015 12:11

Təhsil Nazirliyi tərəfindən göstərilən elektron xidmətlərin sırasına daha biri əlavə olunub.

Belə ki, Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyin müəyyən edilməsinin (nostrifikasiya) onlayn yoxlanılmasına (http://www.nostrifikasiya.edu.az/frontend/az/form) başlanılıb.

Ətraflı
21.09.2015 12:11

Təhsil Nazirliyi Elm və ali təhsil şöbəsinin müdir müavini Yaqub Piriyevlə müsahibə

Ali təhsil müəssisəsinin fəaliyyətinin səmərəliliyini, eləcə də reytinqini müəyyənləşdirən indikatorlar: təhsil verənlərin intellektual potensialı, maddi-texniki baza, təhsilin keyfiyyəti, kadr hazırlığının peşəkarlığı, elmi tədqiqatların aparılması, beynəlxalq aləmdə tanınmaqdan ibarətdir.

Ətraflı
21.09.2015 12:11

Təhsil Nazirliyi tərəfindən ali təhsil sahəsində həyata keçiriləcək islahatların əsas prioritetləri

Azərbaycan Respublikasının Təhsil Nazirliyi “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda müəyyən edilmiş əsas hədəflərin həyata keçirilməsi ilə bağlı ictimaiyyəti məlumatlandırmaq məqsədi ilə təhsilin bütün pillələri üzrə hər növbəti il üçün prioritetlərini əvvəlcədən elan etmək siyasətini həyata keçirir.

21.09.2015 12:11

Təhsil naziri Mikayıl Cabbarovun "Azərbaycan" qəzetinə müsahibəsi.

Müasir dövrdə qloballaşan dünyanın tələblərinə uyğun təhsil sistemi formalaşdırmaq ölkənin beynəlxalq rəqabətliliyini şərtləndirən əsas amillərdəndir. Bu baxımdan ölkə ictimaiyyətini düşündürən, təhsil sahəsi ilə maraqlanan hər kəsi narahat edən məsələlərin köklü həllini nəzərdə tutan "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın qəbul olunması mühüm əhəmiyyət kəsb edir.

Ətraflı
21.09.2015 12:11

Təhsil Nazirliyi Mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikasının Təhsil Nazirliyinin aparatında struktur dəyişiklikləri aparılmışdır.

21.09.2015 12:11

Fevralın 28-də Təhsil Nazirliyində Akkreditasiya Şurasının növbəti iclası keçirilib.

Təhsil naziri Misir Mərdanov peşə təhsili müəssisələrində aparılmış akkreditasiyanın nəticələri ilə bağlı fikirlərini bildirib, öz tövsiyə və tapşırıqlarını verib.

Ətraflı
21.09.2015 12:11

Fevralın 13-də Təhsil Nazirliyində Akkreditasiya Şurasının növbəti iclası keçirilib.

İclasda Bakı şəhər 225 nömrəli tam orta məktəb, Gəncə şəhər İ.Məmmədov adına 27 nömrəli fizika-riyaziyyat və informatika təmayüllü məktəb-lisey, Mingəçevir şəhər 10 nömrəli tam orta məktəbin akkreditasiyasının nəticələri müzakirə olunub.

Ətraflı
21.09.2015 12:11

Fevralın 8-də Təhsil Nazirliyində «Səmərəli məktəb» layihəsinin hesabat iclası keçirilib.

Təhsil naziri 2010-2012-ci illər ərzində həyata keçirilmiş layihənin əsas məqsədinin məktəblərdə idarəetmənin təkmilləşdirilməsi, müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi sahəsində məktəb əsaslı təlimlər sisteminin yaradılması və məktəb-valideyn əlaqələrinin gücləndirilməsindən ibarət olduğunu bildirib.

Ətraflı