Açar söz: sərancam
Nəticə tapılıb: 24
04.08.2016 17:00

Təhsildə inkişaf və innovasiyalar üzrə qrant layihələri maliyyələşdiriləcək

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən, ən yaxşı ümumi təhsil müəssisəsi və ən yaxşı müəllim mükafatları üçün Azərbaycan Respublikasının dövlət büdcəsində hər il üzrə nəzərdə tutulan vəsait təhsildə inkişaf və innovasiyalar üzrə qrant layihələrinin həyata keçirilməsinə yönəldiləcək.

Ətraflı
25.02.2016 16:00

Təhsil Nazirliyində görüş

Təhsil naziri Mikayıl Cabbarov Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Azərbaycan Xalq Cümhuriyyəti dövrünün tədqiqi sahəsindəki xidmətlərinə görə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmiş tarix elmləri doktoru Anar İsgəndərov və yüksək ixtisaslı kadrların hazırlanması sahəsində uzun müddətli səmərəli elmi-pedaqoji fəaliyyəti nəzərə alınaraq, Təhsil Nazirliyinin “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilmiş Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin baş müəllimi Faiq Lətifovla görüşüb.

Ətraflı
16.02.2016 11:00

Azərbaycanlı məktəbli Belçikada I yerə layiq görülüb

Təhsil Nazirliyi Bülbül adına orta ixtisas musiqi məktəbinin IX sinif şagirdi, Prezident təqaüdçüsü, beynəlxalq müsabiqələr laureatı Leyla Zeynalova Belçikada keçirilən “13th rencontres Internationales des Jeunes Pianistes” beynəlxalq müsabiqəsində I yerə layiq görülüb.

Ətraflı
21.09.2015 12:11

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Mingəçevir Dövlət Universitetinin yaradılması barədə” sərəncam imzalayıb.

Sərəncama əsasən, Təhsil Nazirliyinin tabeliyində Mingəçevir Dövlət Universitetinin yaradılması və Azərbaycan Müəllimlər İnstitutunun ləğv edilmiş Mingəçevir filialının maddi-texniki bazasının iki ay müddətində Mingəçevir Dövlət Universitetinin balansına verilməsi qərara alınıb.

Ətraflı
21.09.2015 12:11

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Gənc istedadların xüsusi təqaüdə layiq görülməsi haqqında” sərəncam imzalayıb.

Sərəncama əsasən, Bülbül adına Orta ixtisas Musiqi Məktəbinin musiqi sahəsində xüsusi istedadı olan şagirdləri Əsgərzadə Cəmilə Fuad qızı və Əzimova Çinarə Mehman qızının adları Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazılıb və onlar xüsusi aylıq təqaüdə layiq görülüblər.

Ətraflı
21.09.2015 12:11

İyunun 25-də Təhsil Nazirliyində Prezident İlham Əliyevin sərəncamı ilə "Əməkdar elm xadimi" fəxri adına layiq görülmüş Lidiya Mixaylovna Qranovskayaya ali mükafatın təqdimolunma mərasimi keçirilib.

Mərasimdə təhsil naziri Mikayıl Cabbarov Bakı Slavyan Universitetinin professoru Lidiya Qranovskayanın Azərbaycanda yüksək ixtisaslı elmi-pedaqoji kadrların hazırlanması, eyni zamanda rus dilinin tədqiqi sahəsindəki xidmətlərindən danışıb və ona fəaliyyətində uğurlar arzulayıb.

Ətraflı
21.09.2015 12:11

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 may 2015-ci il tarixli 125 nömrəli qərarı ilə “Azərbaycan Respublikasının vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması Qaydaları” təsdiq edilib.

Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli 13 nömrəli Sərancamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda təhsil sistemlərinin inteqrasiyasına nail olunması Azərbaycan təhsil sisteminin dayanıqlığına xidmət edən vasitə kimi müəyyən olunub.

Ətraflı
21.09.2015 12:11

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında” sərəncam imzalayıb.

Sərəncama əsasən, dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin həftəlik dərs yükü norması 1,5 dəfə, aylıq vəzifə maaşları orta hesabla 2 dəfə artırılıb.

Ətraflı
21.09.2015 12:11

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Bakı şəhərinin Yasamal rayonundakı 20 nömrəli tam orta məktəb üçün yeni binanın tikintisi ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb.

Sərəncama əsasən, məktəb üçün yeni binanın tikintisi məqsədilə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Təhsil Nazirliyinə ilkin olaraq 5,0 (beş) milyon manat ayrılır.

Ətraflı
21.09.2015 12:11

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Gənc istedadların xüsusi təqaüdə layiq görülməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Bülbül adına Orta ixtisas Musiqi Məktəbinin musiqi sahəsində xüsusi istedadı olan şagirdlərinin adları Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazılıb və onların xüsusi aylıq təqaüdə layiq görülməsi qərara alınıb.

Ətraflı
21.09.2015 12:11

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev təhsil işçilərinə fəxri adların verilməsi və təhsil işçilərinin təltif edilməsi haqqında sərəncamlar imzalayıb.

Sərəncamlara əsasən, Azərbaycan təhsilinin inkişafı sahəsindəki xidmətlərinə görə bir sıra təhsil işçiləri “Əməkdar Müəllim”, “Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi” fəxri adlarına və “Tərəqqi” medalına layiq görülüb.

Ətraflı
21.09.2015 12:11

Sentyabrın 16-da Bakı şəhərində 194 nömrəli tam orta məktəbin əsaslı təmirdən sonra açılış mərasimi keçirilib.

Təhsil nazirinin müavini Ceyhun Bayramov “Bilik Günü” və məktəbin açılışı münasibətilə təhsil işçilərini, məktəbliləri, valideynləri təbrik edib.

Ətraflı
21.09.2015 12:11

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “2014/2015-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında” sərəncam imzalayıb.

Sərəncama əsasən, 2014/2015-ci tədris ilində tələbə qəbulu imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərmiş və Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdü veriləcək.

21.09.2015 12:11

Oktyabrın 13-də Təhsil Nazirliyində ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə Beynəlxalq Müəllim günü ərəfəsində medal və fəxri ada layiq görülmüş təhsil işçilərinə mükafatların təqdim olunması mərasimi keçirilib.

Təhsil naziri Misir Mərdanov hər il olduğu kimi bu il də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə bir qrup təhsil işçisinin peşə bayramları ərəfəsində «Tərəqqi» medalı və «Əməkdar müəllim» fəxri adı ilə təltif edildiyini bildirib.

Ətraflı
21.09.2015 12:11

Dekabrın 14-də Təhsil Nazirliyində Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın icrası: görülmüş işlər, nəticələr və qarşıda duran vəzifələr” mövzusunda kollegiya iclası keçirilib.

Dövlət Proqramı çərçivəsində 5000 gəncin dünyanın nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsinin nəzərdə tutulduğunu vurğulayan nazir bildirib ki, bu günədək 1204 azərbaycanlı gənc ölkəmizin ehtiyac duyduğu sahələr üzrə müxtəlif təhsil səviyyələri üzrə dünyanın ən qabaqcıl universitetlərinə göndərilib.

Ətraflı