Açar söz: əmr
Nəticə tapılıb: 6
13.06.2016 14:00

2015-2016-cı tədris ilinin təhsil xronikası

Təhsil Nazirliyi 2015-2016-cı tədris ilində təhsil sistemində müasir idarəetmə modelinin tətbiqi, keyfiyyətin yüksəldilməsi, kadr potensialının səriştə və kompetensiya baxımından gücləndirilməsi, şəffaflığın təmin edilməsi və digər müvafiq istiqamətlər üzrə həyata keçirilmiş islahatlar və tədbirlərin qısa xülasəsini ictimaiyyətə təqdim edir.

Ətraflı
05.01.2016 16:27

Məktəb rəhbərlərinin hazırlanması təlimlərinə start verilir

Təhsil naziri Mikayıl Cabbarov “Ümumi təhsil müəssisələri rəhbərlərinin hazırlanması və seçimi üzrə müsabiqənin keçirilməsi barədə” əmr imzalayıb.

Ətraflı
21.10.2015 12:42

Təhsil naziri Mikayıl Cabbarov ““Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” müsabiqələrinin keçirilməsi haqqında” əmr imzalayıb.

Əmrə əsasən, “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” müsabiqələrinin keçirilməsi və bu prosesin tənzimlənməsi ilə əlaqədar kollegial qərarların qəbul olunmasını təmin etmək məqsədilə Təşkilat Komitəsi yaradılıb.

Ətraflı
21.09.2015 12:11

İyulun 1-də təhsil naziri Mikayıl Cabbarov məktəblilərin beynəlxalq fizika, kimya, biologiya və riyaziyyat olimpiadalarında Azərbaycan komandalarının iştirakı barədə müvafiq əmrlər imzalamışdır.

Beynəlxalq olimpiadalarda ölkəmizi Bakı, Gəncə, Sumqayıt, Şirvan, Şəki, Lənkəran, Ağdaş və Qubada fəaliyyət göstərən məktəblərdə təhsil alan 19 şagird təmsil edəcək.

21.09.2015 12:11

Mayın 25-də təhsil naziri Misir Mərdanov “Ümumtəhsil məktəblərində “Son zəng” tədbirinin keçirilməsi haqqında” əmr imzalayıb.

Əmrə əsasən “Son zəng” tədbiri 31 may 2012-ci il tarixdə saat 10:00-dan başlayaraq üç saat müddətində yalnız təhsil müəssisəsinin ərazisində keçiriləcək.

Ətraflı
21.09.2015 12:11

Mayın 10-da təhsil naziri Misir Mərdanov ümumi təhsil məktəblərində ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinin daha dərindən öyrədilməsi tədbirləri haqqında əmr imzalayıb.

Əmrdə bildirilir ki, ulu öndər haqqında filmlər mühüm tarixi əhəmiyyətə malikdir və ümumi təhsil müəssisələri şagirdlərinin ümummilli lider Heydər Əliyevin mənalı ömür yolu ilə təkcə Azərbaycanda deyil, eləcə də keçmiş Sovetlər Birliyi hüdudlarında göstərdiyi böyük xidmətlərlə yaxından tanış olmalarında önəmli rol oynaya bilər.

Ətraflı