Açar söz: konfrans‬‬
Nəticə tapılıb: 87
21.09.2015 12:11

ABŞ-ın Harvard Universitetində dil təlimində innovasiyaların tətbiqi mövzusunda beynəlxalq forum keçirilib.

3 günlük forumda təhsildə mükəmməllik, dil bacarıq və vərdişləri, standartlaşmış dil testləri, kurikulumların qloballaşdırılması, dil müəllimi hazırlığı, müasir təlim texnologiyalarının tətbiqi, bilik və bacarıqların qiymətləndirilməsi kimi məsələlər müzakirə olunub

Ətraflı
21.09.2015 12:11

Oktyabrın 3-də “JW Marriott Absheron” otelində 7-ci Azərbaycan Beynəlxalq “Təhsil və karyera” sərgisinin açılışına həsr olunmuş mətbuat konfransı keçirilmişdir.

Təhsil nazirinin müavini bildirmişdir ki, Təhsil Nazirliyinin rəsmi dəstəyi, "İteca Caspian" şirkətinin təşkilatçılığı ilə təşkil edilmiş 7-ci Azərbaycan Beynəlxalq “Təhsil və karyera” sərgisi regionda təhsil sektoruna həsr olunmuş ən böyük tədbirdir.

Ətraflı
21.09.2015 12:11

Sentyabrın 10-da Bakı şəhəri təhsil işçilərinin ənənəvi konfransı keçirilmişdir.

Təhsil naziri müəllimlərin dərs yükü normasının yuxarı həddinin 24 saatdan 36 saata qaldırılması, məktəb direktorlarının maaşının müvafiq meyarlar üzrə artırılması, ingilis dilinin tədrisinin gücləndirilməsi, müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, məktəblərin dayanıqlı internetlə təmin olunması istiqamətində nəzərdə tutulmuş dəyişikliklər və digər zəruri tədbirlər haqqında məlumat vermişdir.

Ətraflı
21.09.2015 12:11

Aprelin 17-də “Gülüstan” sarayında ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “Kimya və kimya texnologiyalarının aktual problemləri” mövzusunda 1-ci Beynəlxalq konfrans işə başlayıb.

Konfransın açılış mərasimində təhsil naziri Misir Mərdanov bildirib ki, bu tədbir xaricdən gələn nüfuzlu alimlərlə Azərbaycanda bu sahədə çalışan mütəxəssislər arasında əlaqələrin yaranmasına, birgə tədqiqat işlərinin aparılmasına imkan verəcək.

Ətraflı
21.09.2015 12:11

Dekabrın 20-də “Avropa” otelində “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı” çərçivəsində “2012-ci ilin yekunları və qarşıda duran vəzifələr” mövzusunda konfrans keçirilib.

Misir Mərdanov dövlət uşaq müəssisələrində olan uşaqların sayının artmasının qarşısını almaq məqsədilə risk qrupundan olan uşaqlar və ailələr arasında aparılan sistemli preventiv tədbirlərə diqqət çəkib, bu istiqamətdə müvafiq dövlət qurumları ilə sıx əməkdaşlıq edildiyini söyləyib.

Ətraflı
21.09.2015 12:11

Noyabrın 27-də «XXI əsrdə yeni təhsil yanaşması» mövzusunda konfrans keçirilib.

Təhsil naziri Misir Mərdanov bildirib ki, bu gün bütün digər sahələrdə olduğu kimi, təhsil prosesini də İKT-nin tətbiqi olmadan təsəvvür etmək qeyri-mümkündür.

Ətraflı
21.09.2015 12:11

Oktyabrın 31-də “Avropa” otelində “Azərbaycan ilə İtaliya arasında təhsil sahəsində əməkdaşlıq: mövcud vəziyyət və perspektivlər” mövzusunda ikigünlük konfrans öz işinə başlayıb.

Təhsil naziri Misir Mərdanov Azərbaycanla İtaliya arasında diplomatik əlaqələrin qurulmasının 20 illik yubileyinə həsr olunmuş konfransın əhəmiyyətindən bəhs edərək müvafiq görüşlərin iki ölkə arasındakı münasibətlərin daha da inkişafına, eləcə də qarşılıqlı təhsil əlaqələrinin genişlənməsinə müsbət təsir göstərəcəyinə əminliyini bildirib.

Ətraflı
21.09.2015 12:11

Oktyabrın 23-də Bakının Sabunçu rayonundakı 252 nömrəli məktəb-liseydə «Müasir təhsil proqramlarının (kurikulumun) tətbiqi: reallıqlar və perspektivlər» mövzusunda elmi-praktik konfrans keçirilib.

Təhsil naziri Misir Mərdanov tədbirin yeni fənn proqramlarının (kurikulumların) tətbiqi vəziyyəti ilə tanış olmaq, aparılan islahatların nəticələrinin konkret bir məktəbin təcrübəsində müəyyənləşdirmək məqsədi ilə keçirildiyini bildirib.

Ətraflı
21.09.2015 12:11

Sentyabrın 11-də Bakı Slavyan Universitetində Şuşa rayon təhsil işçilərinin konfransı keçirilib.

Misir Mərdanov Şuşa rayon məktəblərində təhsil islahatlarının həyata keçirilməsi baxımından mühüm işlər görüldüyünü, tədris prosesində müasir təlim metodlarının tətbiq edildiyini nəzərə çatdırıb.

Ətraflı
21.09.2015 12:11

Sentyabrın 10-da «Hyatt Regency» otelinin «Quba» zalında Bakı şəhəri təhsil işçilərinin konfransı keçirilib.

Təhsil naziri qeyd edib ki, respublika üzrə ümumilikdə 50000 şagird yerlik 167 yeni orta məktəb tikilib və 2012-2013-cü dərs ilindən şagirdlərin istifadəsinə veriləcək

Ətraflı
21.09.2015 12:11

Sentyabrın 5-də Qusar rayonunda təhsil naziri Misir Mərdanovun iştirakı ilə rayon təhsil işçilərinin 2012-2013-cü tədris ilinə həsr olunmuş ənənəvi sentyabr konfransı keçirilib.

Təhsil naziri ulu öndər Heydər Əliyevin müəllimlərə xüsusi hörmət və ehtiramla yanaşdığını, hər zaman təhsilə önəm verdiyini söyləyib. Nazir ümummilli liderin layiqli davamçısı, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən Azərbaycan elminin, təhsilinin inkişafına, eyni zamanda təhsil işçilərinə göstərilən diqqət və qayğıdan, Heydər Əliyev Fondunun bu istiqamətdə həyata keçirdiyi layihələrdən danışıb.

Ətraflı
21.09.2015 12:11

İyunun 8-də Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda “İnnovasiya, təhsilin keyfiyyəti və inkişafı” mövzusunda II beynəlxalq elmi konfrans işə başlayıb.

Təhsil nazirinin müavini Qulu Novruzov Azərbaycanın müstəqil dövlət kimi bütün istiqamətlər üzrə inkişaf etdiyini, o cümlədən də təhsil sahəsində beynəlxalq aləmə uğurla inteqrasiya olunduğu qeyd edib.

Ətraflı
21.09.2015 12:11

Noyabrın 25-də “Avropa” otelində “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı” çərçivəsində “2011-ci ilin yekunları və qarşıda duran vəzifələr” mövzusunda beynəlxalq konfrans keçirilib.

Təhsil naziri Misir Mərdanov ““Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramının (2006-2015-ci illər)” icrası ilə bağlı beş illik hesabat və qarşıda duran vəzifələr” mövzusunda təqdimat-məruzə ilə çıxış edib.

Ətraflı
21.09.2015 12:11

Oktyabrın 14-də «Ambassador» otelində «İnklüziv təhsil: təcrübə və qarşıda duran vəzifələr» mövzusunda ikigünlük V beynəlxalq elmi-praktik konfrans işə başlayıb.

Təhsil naziri hazırda ölkəmizdə 60 mindən çox əlilliyi olan uşaqdan 1105-nin xüsusi məktəblərdə, 2664-nün xüsusi internat məktəblərində (onlardan 1353 nəfəri müəssisədə gecələyir), 7750-nin evdə, 268-nin isə inklüziv təhsil aldığını bildirib.

Ətraflı
21.09.2015 12:11

Sentyabrın 3-də “Gülüstan” sarayında rəhbər təhsil işçilərinin respublika konfransı keçirilmişdir.

Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş uğurlu islahatlardan bəhs edən Misir Mərdanov bildirmişdir ki, son illərdə təhsilin müasir infrastrukturunun yaradılması və möhkəmləndirilməsi istiqamətində çox əhəmiyyətli addımlar atılmışdır.

Ətraflı
21.09.2015 12:11

Mayın 4-də Akademik Milli Dram Teatrında ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş “İstedada diqqət və qayğı gələcəyə yönəlik sərmayədir” adlı müsabiqənin yekunlarına həsr edilmiş konfrans keçirilib.

Ulu öndərin istedadlı uşaqları milli sərvət adlandırdığını, daim istedadların qayğısına qaldığını vurğulayan nazir bu siyasətin ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini nəzərə çatdırıb.

Ətraflı
21.09.2015 12:11

Noyabrın 22-də “Gülüstan” sarayında Heydər Əliyev Fondunun dəstəyi, Təhsil Nazirliyi, YUNESKO, “Mikrosoft” və “İntel” korporasiyalarının təşkilatçılığı ilə “Təhsil və texnologiya vasitəsilə iqtisadi inkişaf” mövzusunda beynəlxalq konfrans keçirilib.

Macarıstan, Norveç, Böyük Britaniya və digər ölkələrdən olan nümayəndələrin iştirak etdiyi konfrans çərçivəsində günün birinci yarısında Azərbaycan Dillər Universitetində “Ali təhsildə e-tədris”, 132-134 saylı təhsil kompleksində “Milli İKT və Təhsil Strategiyasının inkişafı”, Elitar Gimnaziyada isə “Müəllim və şagirdlər üçün birin-birə təhsil” mövzusunda seminarlar təşkil olunub.

Ətraflı
21.09.2015 12:11

Bakıda YUNESKO- nun regional konfransi keçiriləcək

Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 14-16 may tarixlərində Bakıda “Dünyada savadlılığın dəstəklənməsi” üzrə YUNESKO-nun regional konfransı keçiriləcək.      

21.09.2015 12:11

Mayın 15-də YUNESKO-nun "Dünyada savadlılığın dəstəklənməsi" üzrə regional konfransında iştirak edən bu qurumun baş direktoru cənab Koişiro Matsuura "Hyatt-Regency" otelinin Quba zalında mətbuat konfransı keçirib.

Nazir YUNESKO ilə ölkəmiz arasında səmərəli əməkdaşlıq əlaqələrinin mövcud olduğunu, nüfuzlu beynəlxalq qurumun dəstəyi ilə Azərbaycanın təhsil sistemində bir sıra irimiqyaslı layihələr həyata keçirildiyini vurğulayıb. Misir Mərdanov buna misal olaraq ölkəmizdə inklüziv təlim sahəsində görülən işləri, ali məktəblərin bir neçəsində YUNESKO kafedralarının fəaliyyət göstərməsini, peşə təhsili ilə bağlı əldə olunmuş razılaşmanı qeyd edib.

21.09.2015 12:11

Sentyabrın 8-də Azərbaycan Dövlət Musiqili Komediya Teatrının binasında Bakı şəhəri təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib.

Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanovun, Milli Məclis üzvlərinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyevanın, paytaxtın rayon icra hakimiyyəti başçılarının, müxtəlif dövlət qurumları təmsilçilərinin, ictimaiyyət nümayəndələrinin və ümumtəhsil müəssisələri rəhbərlərinin qatıldıqları konfransda ulu öndər, qüdrətli dövlət xadimi Heydər Əliyevin Azərbaycanda təhsilin inkişafına daim böyük önəm verdiyi, ümummilli liderimizin siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyi vurğulanıb.

Ətraflı
21.09.2015 12:11

Minsk şəhərində mayın 12-dən 16-dək MDB ölkələrinin təhsil nazirlərinin və peşə təhsili rəhbərlərinin XVI konfransı keçirilib.

Konfransda “Texniki-Peşə Təhsili sistemində İKT-nin tətbiqi” və “Texniki-peşə təhsili və təhsilin davamlı inkişafı” mövzuları ətrafında fikir mübadiləsi aparılıb.

21.09.2015 12:11

Sentyabrın 5-də "Gülüstan" sarayında rəhbər təhsil işçilərinin ənənəvi respublika konfransı keçirilib.

"2008-2009-cu dərs ilinin yekunları və 2009-2010-cu dərs ilində qarşıda duran vəzifələr" mövzusunda məruzə ilə çıxış edən təhsil naziri Misir Mərdanov ölkəmizdə təhsilin inkişafı üçün hərtərəfli şərait yaradıldığını vurğulayaraq bildirib ki, son illər respublikanın təhsil sistemində davamlı inkişafa yönəlmiş əsaslı infrastruktur dəyişikliklərinin baş verməsi, inkişafyönümlü proqram və layihələrin həyata keçirilməsi dövlətimizin başçısının təhsilə müntəzəm diqqət və qayğısı sayəsində mümkün olub.

Ətraflı