• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

MenyuMenyu

Sual-cavab Elektron sənəd yoxlanışı

"Bir" Tələbə-Könüllü proqramı

14 dekabr 2015-ci ci ildə yaradılan “Bir” Tələbə-Könüllü proqramı 2 avqust 2019-cu ildən “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi kimi dövlət qeydiyyatına alınmışdır.

 

“Bir Könüllü” Təşkilatı Azərbaycanın siyasi və iqtisadi inkişafında böyük rol oynayan tələbə-könüllülərlə işi sistemləşdirmək, könüllülük fəaliyyətini stimullaşdırmaq, tələbələrin dərsdənkənar asudəvaxtlarının dəyərləndirilməsi üçün yaradılmış uzunmüddətli proqramdır.

 

Təşkilatın məqsədi tələbələrə könüllülüyün mahiyyətinin aşılanması, təbliği üzrə geniş və davamlı şəkildə təbliğat - təşviqat işlərinin aparılması, tələbə-könüllülərin vahid məlumat bazasının inkişaf etdirilməsi, tələbə-könüllülər üçün təlim-tədris proqramları və kurslarının təşkil olunması, tələbə-könüllülərin intellekt səviyyəsinin və dünyagörüşünün genişləndirilməsi və təkmilləşdirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsidir.

 

Bizə üzv olmaqla tələbələr şəxsi inkişafları və asudə vaxtlarının səmərəli dəyərləndirilməsi üçün 6 müxtəlif istiqamət (Öyrən, Öyrət, Yaşa, Yaşat, Kəşf Et, Zövq Al) çərçivəsində keçirilən fəaliyyətdə iştirak edə və setifikat əldə edə bilərlər. Həmçinin, tələbə-könüllülərə iştirak etdikləri tədbirlərə görə sertifikatları onlayn olaraq şəxsi profillərinə yüklənir. Şəxsi profillərində əldə etdikləri sertifikatlarının siyahısına baxa və ya onları yükləyə bilərlər.

 

Üzv olmaq üçün www.konullu.edu.az  saytımıza daxil olaraq qeydiyyat formasının doldurulması kifayətdir. Müraciət edən tələbələrin qeydiyyatı uğurla tamamlandıqdan sonra hər təhsil müəssisəsinin nümayəndələri tərəfindən yeni üzvlərlə saxlanılaraq müsahibə təşkil edilir. Müsahibədən uğurla keçmiş tələbə-könüllülərin üzvlükləri aktiv edilir.

 

Qeyd edək ki, “Bir Könüllü” Təşkilatı Azərbaycan Respublikası Təhsil Nazirliyi başda olmaqla bir sıra qurum, şirkət və təşkilatlarla əməkdaşlıq edir.