21.09.2015 12:11

2009-2010-cu tədris ilinə respublikamızın ümumtəhsil məktəblərinin II və V-XI sinifləri üçün (təlim Azərbaycan və rus dillərində) 87 adda 4.256.600 nüsxə dərslik və müəllim üçün metodik vəsait çap olunub.

Bu sıraya II siniflər üçün kurikulum əsasında 40 adda 1.112.500 nüsxə dərslik və müəllim üçün metodik vəsait, V-XI siniflər üçün isə 47 adda 3.144.100 nüsxə dərslik daxildir.

Ətraflı
21.09.2015 12:11

Ötən tədris ilində Təhsilin idarəolunmasının məlumat sistemləri (TİMS) şöbəsi tərəfindən respublikanın bütün ümumtəhsil məktəblərini əhatə edən informasiya bazası (Təhsilin idarəolunmasının məlumat bazası) yaradılıb.

Belə ki, bütün məktəblər haqqında məlumatlar, orada çalışan işçilərin (müəllim və digər işçilərin), eləcə də hər bir şagirdin şəxsi işi bazaya daxil edilib.

Ətraflı
21.09.2015 12:11

İyulun 10-da Təhsil Nazirliyində Junior Achievement Azərbaycan təşkilatının həyata keçirdiyi Beynəlxalq Qlobal Biznes Yarışının finalına vəsiqə qazanmış tələbə və şagirdlərlə görüş keçirilib.

Təhsil naziri Misir Mərdanov tədbiri giriş sözü ilə açaraq iştirakçıları salamlayıb. Azərbaycan məktəblilərinin Beynəlxalq Qlobal Biznes Yarışlarında uğurla çıxış etməsini yüksək dəyərləndirən təhsil naziri ölkəmizdə 2000-ci ildən fəaliyyətə başlayan Junior Achievement Azərbaycan təşkilatının ötən illər ərzində ölkəmizin 26 bölgəsində minlərlə şagirdə və 300-dən artıq müəllimə təlim keçdiyini qeyd edib.

Ətraflı