21.09.2015 12:11

İyunun 12-də təhsil naziri Misir Mərdanov Yaponiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Masamitsu Oki ilə görüşüb

Qonağı Təhsil Nazirliyində görməkdən məmnunluq duyduğunu bildirən Misir Mərdanov bu günlərdə Yaponiyaya etdiyi səfər, təhsil sahəsində səmərəli əməkdaşlığın yaradılması üzrə keçirdiyi görüşlər barədə məlumat verib.

Ətraflı
21.09.2015 12:11

MƏKTƏB RƏHBƏRLƏRİ VƏ ŞAGİRDLƏRİN NƏZƏRİNƏ !

03-16 iyun tarixlərində keçirilmiş orta təhsil kursu üzrə buraxılış imtahanlarının nəticələrinə görə attestata yazılacaq yekun qiymətlər iyunun 21-dək Təhsil Nazirliyinin rəsmi internet saytında (www.edu.gov.az) yerləşdiriləcək və yerlərə göndəriləcək.

21.09.2015 12:11

İyunun 19-da təhsil naziri Misir Mərdanov Ankara Universitetinin rektoru Cemal Taluğun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Misir Mərdanov Azərbaycanla Türkiyə arasında bütün sahələrdə qurulmuş əlaqələrin uğurla inkişaf etdiyini bildirib.

21.09.2015 12:11

İyunun 22-də Təhsil Nazirliyində orta təhsil kursu üzrə buraxılış imtahanlarının nəticələrinə dair mətbuat konfransı keçirilib.

Səkkiz fənn üzrə keçirilən imtahanlarda 99630 şagirdin iştirak etdiyini diqqətə çatdıran nazir cari il üzrə nəticələrin ötən ildəkindən yüksək olduğunu bildirib.

21.09.2015 12:11

İyulun 24-də Təhsil Nazirliyində “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində dünyanın nüfuzlu ali məktəblərinə qəbul olunan tələbələrlə görüş keçirilib.

Təhsil nazirinin müavini hələ ötən əsrin 70-80-ci illərində ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə azərbaycanlı gənclərin keçmiş SSRİ-nin ən nüfuzlu ali məktəblərinə təhsil almağa göndərildiyini və həmin siyasətin bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edib, dövlət başçısının təhsil sahəsinə xüsusi diqqət və qayğı ilə yanaşdığını vurğulayıb.

21.09.2015 12:11

Sentyabrın 5-də "Gülüstan" sarayında rəhbər təhsil işçilərinin ənənəvi respublika konfransı keçirilib.

"2008-2009-cu dərs ilinin yekunları və 2009-2010-cu dərs ilində qarşıda duran vəzifələr" mövzusunda məruzə ilə çıxış edən təhsil naziri Misir Mərdanov ölkəmizdə təhsilin inkişafı üçün hərtərəfli şərait yaradıldığını vurğulayaraq bildirib ki, son illər respublikanın təhsil sistemində davamlı inkişafa yönəlmiş əsaslı infrastruktur dəyişikliklərinin baş verməsi, inkişafyönümlü proqram və layihələrin həyata keçirilməsi dövlətimizin başçısının təhsilə müntəzəm diqqət və qayğısı sayəsində mümkün olub.

Ətraflı
21.09.2015 12:11

Sentyabrın 4-də Azərbaycan Müəllimlər İnstitutunda «Təhsilin əsasları» fənnini tədris edəcək müəllimlər qrupunun təqdimat mərasimi olub

Nazir fənnin birinci semestrinin materiallarını tədris edəcək müəllimlər üçün Azərbaycan Müəllimlər İnstitutunun bazasında təşkil olunan 10 günlük xüsusi kursda təlim materiallarının yeni forma və üsullarla tədris edildiyini nəzərə çatdırıb.

Ətraflı
21.09.2015 12:11

Fevralın 29-da Təhsil Nazirliyində mətbuat konfransı keçirilib.

 Konfransı giriş sözü ilə nazirliyin İctimaiyyətlə əlaqə şöbəsinin müdiri Bayram Hüseynzadə açaraq tədbirin bu günlərdə orta ümumtəhsil məktəblərinin buraxılış siniflərində keçirilən yoxlama test imtahanının nəticələrinə həsr olunduğunu qeyd edib.

Ətraflı