21.09.2015 12:11

Kurikulum İslahatı alt-kompanenti üzrə yeni icra planına uyğun olaraq 2009-2010-cu dərs ilində I siniflərdə dərs deyəcək müəllimlər müəyyənləşdirilib.

Cari ilin aprelindən etibarən kurikulumun tətbiqi üzrə 30 saatlıq proqram üzrə müəllim hazırlığına başlanılıb, rayon təhsil şöbələrinin müdirləri və məktəb rəhbərləri üçün xüsusi proqram üzrə ayrıca treninqlərin təşkili nəzərdə tutulub.

Ətraflı
21.09.2015 12:11

Avqustun 19-da Təhsil Nazirliyində “Təhsilin əsasları” dərs vəsaitinin müzakirəsinə həsr olunmuş növbəti tədbir keçirilib.

“Təhsilin əsasları” fənninin mütəxəssislərin iştirakı ilə ilk müzakirəsindən ötən müddətdə bir çox təklif və tövsiyələrin nəzərə alındığını qeyd edən təhsil naziri Misir Mərdanov dərsliyin məzmun xətləri və dərs saatlarının bölgüsü barədə fikirlərini bildirib.

Ətraflı
21.09.2015 12:11

Avqustun 20-də Təhsil Nazirliyində xarici ölkələrin ali məktəblərində təhsil alan tələbələrlə görüş keçirilib.

Görüş iştirakçılarını salamlayan təhsil naziri Misir Mərdanov bildirib ki, Azərbaycanın iqtisadiyyatı kimi ölkəmizin elmi, təhsili və mədəniyyəti də geniş inteqrasiya proseslərinə cəlb olunub.

Ətraflı
21.09.2015 12:11

Avqustun 21-də təhsil naziri Misir Mərdanov Şüvəlandakı 16 nömrəli internat məktəbin bazasında fəaliyyət göstərən yay təlim-istirahət düşərgəsində dincələn istedadlı şagirdlərlə görüşüb.

İstedadlı şagirdlərin gələcək uğurlarının izlənilməsinin vacibliyini vurğulayan Misir Mərdanov bildirib ki, onların inkişafı üçün hər cür şərait yaradılmalı, istedadlı uşaqların potensialı ölkənin ümumi inkişafına yönəldilməlidir.

Ətraflı
21.09.2015 12:11

2009-2010-cu tədris ilinə respublikamızın ümumtəhsil məktəblərinin II və V-XI sinifləri üçün (təlim Azərbaycan və rus dillərində) 87 adda 4.256.600 nüsxə dərslik və müəllim üçün metodik vəsait çap olunub.

Bu sıraya II siniflər üçün kurikulum əsasında 40 adda 1.112.500 nüsxə dərslik və müəllim üçün metodik vəsait, V-XI siniflər üçün isə 47 adda 3.144.100 nüsxə dərslik daxildir.

Ətraflı
21.09.2015 12:11

Ötən tədris ilində Təhsilin idarəolunmasının məlumat sistemləri (TİMS) şöbəsi tərəfindən respublikanın bütün ümumtəhsil məktəblərini əhatə edən informasiya bazası (Təhsilin idarəolunmasının məlumat bazası) yaradılıb.

Belə ki, bütün məktəblər haqqında məlumatlar, orada çalışan işçilərin (müəllim və digər işçilərin), eləcə də hər bir şagirdin şəxsi işi bazaya daxil edilib.

Ətraflı