21.09.2015 12:11

İmişlidə Heydər Əliyev Fondunun təşəbbüsü ilə 300 yerlik yeni məktəb binasinin tikintisi başa çatir

AzərTAc xəbər verir ki, Heydər Əliyev Fondunun "Yeniləşən Azərbaycana yeni məktəblər" proqramının növbəti mərhələsi çərçivəsində İmişli şəhərində 300 yerlik yeni məktəb binası tikilir.

Ətraflı
21.09.2015 12:11

Sentyabrın 2-də “Hyatt Recency” otelində "XXI əsrdə təhsil yaradıcı şəxsiyyətlərin gözündə" mövzusunda "Dəyirmi masa" keçirilib

Tədbidə təhsil naziri Misir Mərdanov çıxış edərək bildirib ki, “Dəyirmi masa”nın keçirilməsində əsas məqsədi yeni dərs ili ərəfəsində son illərdə təhsil sahəsində əldə edilmiş uğurları qeyd etmək, mövcud problemləri və onların həlli yollarını müzakirə edib müəyyənləşdirməkdir. Nazir yüksək intellektə malik insan kapitalının formalaşması və davamlı inkişafa zəmin yaradan güclü iqtisadiyyatın qurulmasında təhsilin rolunun əvəzsiz olduğunu bildirib.

Ətraflı
21.09.2015 12:11

Ağstafanın təhsil müəssisələri qışa hazırdır

Ağstafa Rayon Təhsil Şöbəsindən AzərTAc-a bildirmişlər ki, rayonda fəaliyyət göstərən təhsil ocaqlarının qış mövsümündə normal istiliklə təminatında heç bir problem olmayacaqdır.

21.09.2015 12:11

Azərbaycan alimləri İtaliyada keçirilən beynəlxalq konfransda iştirak edirlər

AzərTAc xəbər verir ki, Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AMİU) memarlıq fakültəsi İtaliyanın Romualdo del Bianko Fondu və Florensiya Universiteti ilə birgə dekabrın 1-dən 5- dək həmin ölkənin Florensiya şəhərində İslam memarlıq irsinin qorunması və bərpası problemlərinə həsr edilmiş elmi konfrans keçirir

21.09.2015 12:11

İbtidai sinif şagirdlərinin valideynləri üçün layihə başa çatmişdir

AzərTAc xəbər verir ki, Azərbaycan Təhsil Şurası (ATŞ) “İbtidai sinif şagirdlərinin valideynləri üçün pedaqoji-psixoloji məsləhət mərkəzinin yaradılması və fəaliyyətinin təşkili” layihəsinin icrasını başa çatdırmışdır.

21.09.2015 12:11

Marneulidəki Azərbaycan məktəblərinin 12 müəllimi Gürcüstan prezidentinin təqaüdünü alacaqdır

AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, Kvemo Kartli-Borçalı bölgəsinin Marneuli rayonundakı azərbaycandilli məktəblərin 12 müəllimi Gürcüstan Prezidenti təqaüdünə təqdim olunmaq üçün keçirilən seçkilərdən qalib çıxmışdır.

21.09.2015 12:11

Avqustun 10-da Təhsil Nazirliyində növbəti tədris ilinə hazırlıqla bağlı müşavirə keçirilib.

Müşavirədə təhsil naziri Misir Mərdanov yeni dərs ili ərəfəsində qarşıda duran mühüm vəzifələr, təhsil ocaqlarının 2009-2010-cu tədris ilinə hazırlığı, məktəblərin İKT ilə təminatı, yeni dərsliklərin nəşri, buraxılış imtahanları, təmir, tikinti, təchizat məsələləri barədə söz açıb.

Ətraflı
21.09.2015 12:11

Avqustun 12-də Təhsil Nazirliyində “Təhsilin əsasları” dərs vəsaitinin müzakirəsinə həsr olunmuş tədbir keçirilib

Təhsil Nazirliyi ilə Dünya Bankının həyata keçirdiyi birgə layihəyə uyğun olaraq “Təhsilin əsasları” fənninin ali məktəblərdə tədrisinin nəzərdə tutulduğunu bildirən təhsil naziri Misir Mərdanov ilk mərhələdə bu fənnin pilot layihəsi kimi 3 ali məktəbdə - Azərbaycan Müəllimlər İnstitutunda, Azərbaycan Dövlət Pedaqoji Universitetində və Gəncə Dövlət Pedaqoji Universitetində keçiriləcəyini diqqətə çatdırıb.

Ətraflı