21.09.2015 12:11

Bakı şəhərindəki ümumtəhsil məktəblərində təhsil alan istedadlı şagirdlərin riyaziyyat, fizika, kimya, biologiya və informatika fənləri üzrə seçim turu keçirilib.

Seçim turunu keçirməkdə əsas məqsəd istedadlı şagirdlərin aşkara çıxarılması və onların yaradıcılıq potensialının inkişaf etdirilməsini təmin etməkdən ibarətdir.

Ətraflı
21.09.2015 12:11

Təhsil Nazirliyi tərəfindən ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili qaydalarının izahına dair təqdimatlar hazırlanıb.

Təqdimatlarda kredit sistemi ilə tədrisin təşkili qaydaları haqqında ətraflı məlumat verilir və tələbələri maraqlandıran suallar dolğun şəkildə cavablandırılır.

Ətraflı
21.09.2015 12:11

Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146) daxil olan zənglər və Vətəndaşların Qəbulu Mərkəzində vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb.

Hər iki mərkəzə daxil olan 13552 müraciətdən 6585-i dərhal cavablandırılıb və operativ həll edilib. 6967 vətəndaş sorğularına uyğun olaraq, elektron qaydada Təhsil Nazirliyinin müvafiq məsul şəxslərinin qəbuluna yazılıb.

Ətraflı
21.09.2015 12:11

Fevralın 26-da Türkiyə Respublikasının milli təhsil naziri Nəbi Avcı Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarova zəng edərək Xocalı soyqırımının 22-ci ildönümü ilə bağlı başsağlığı verib.

Söhbət zamanı Xocalı soyqırımının gələcək nəsillərə çatdırılmasının vacibliyi vurğulanıb, bu faciə haqqında məlumatların, Türkiyənin ümumtəhsil məktəblərində tədris edilən dərsliklərdə də əksini tapmasının əhəmiyyəti qeyd olunub.

Ətraflı
21.09.2015 12:11

Fevralın 24-də Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov Bakıda səfərdə olan İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESKO) baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri ilə görüşüb.

Görüş zamanı Azərbaycanla İSESKO arasında təhsil sahəsində əməkdaşlığın davam etdirilməsi, mövcud və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.

Ətraflı
21.09.2015 12:11

Məlum olduğu kimi, Azərbaycan Respublikası 2005-ci ildə Bolonya prosesinə qoşulmuşdur.

Təhsil Nazirliyi bildirir ki, hər hansı ali təhsil müəssisəsi tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydaların tətbiqində qeyri-dürüstlüyə yol verilməməli, onlar tələbələrə düzgün və aydın şəkildə şərh edilməlidir.

Ətraflı
21.09.2015 12:11

Fevralın 19-da Təhsil Nazirliyində “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair müvəqqəti Qaydalar”ın şərhinə həsr olunmuş brifinq keçirilib.

Brifinqdə Təhsil Nazirliyinin QHT və KİV-lə iş sektorunun müdiri Cəsarət Valehov, Elm və ali təhsil şöbəsinin müdiri Gültəkin Hüseynova və həmin şöbənin baş məsləhətçisi Natiq İbrahimov iştirak ediblər.

Ətraflı