21.09.2015 12:11

İyulun 7-də “Təhsil” Nəşriyyat-Poliqrafiya müəssisəsinin “Kitab evi”nin açılış mərasimi keçirilib.

Təhsil naziri Misir Mərdanov, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev “Kitab evi”nin rəmzi açılışını bildirən qırmızı lenti kəsiblər.

Ətraflı
21.09.2015 12:11

İyulun 6-da Təhsil Nazirliyində Azərbaycan Milli Mətbuatının 135 illiyi münasibəti ilə “Təhsil və media: peşəkarlığın artırılmasına dəstək” layihəsi çərçivəsində jurnalistlər arasında keçirilmiş müsabiqə qaliblərinin mükafatlandırma mərasimi olub.

Misir Mərdanov Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və Azərbaycan Mətbuat Şurası ilə birgə əməkdaşlıqdan söz açıb, ilk dəfə keçirilən bu müsabiqəyə 45 yazının təqdim olunduğunu diqqətə çatdırıb.

Ətraflı
21.09.2015 12:11

İyunun 30-da “Hyatt Regency” otelində ənənəvi «İnnovasiya günü» forumu keçirilib.

Təhsil naziri Misir Mərdanov təxminən bir il bundan əvvəl başlanmış layihənin nəticələri barədə məlumat verib, ötən dövr ərzində 8 minə yaxın orta məktəb müəlliminin bu layihədə iştirak etdiyini vurğulayıb.

Ətraflı
21.09.2015 12:11

İyunun 25-də Füzuli rayonunun Horadiz şəhərində Azərbaycan Mətbuat Şurası və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə “Təhsil və mətbuat” mövzusunda regional konfrans keçirilmişdir.

Təhsil naziri Misir Mərdanov diqqəti müzakirə edilən məsələnin əhəmiyyətinə çəkərək, təhsil sistemində baş verən yeniliklər barədə məlumatların obyektiv surətdə ictimaiyyətə çatdırılmasının vacibliyini vurğulamışdır.

Ətraflı
21.09.2015 12:11

İyunun 22-də Təhsil Nazirliyində ümumtəhsil məktəblərinin fənn proqramları müəllifləri ilə görüş keçirilib.

Təhsil naziri Misir Mərdanov 2011-2012-ci tədris ilinə ümumtəhsil məktəblərinin VII-XI sinifləri üçün 27 adda dərsliyin hazırlanması və tender yolu ilə çapının nəzərdə tutulduğunu bildirib.

Ətraflı
21.09.2015 12:11

Orta təhsil səviyyəsi üzrə (XI sinif) buraxılış imtahanlarının nəticələri yekunlaşdırılıb.

İmtahan aparılan fənlər üzrə şagirdlərin attestatına yazılacaq yekun qiymətləri barədə məlumatlar 21 iyun 2010-cu il tarixində saat 17.00 radələrində Təhsil Nazirliyinin internet saytının (www.edu.gov.az) imtahan bölməsində yerləşdiriləcək.

Ətraflı
21.09.2015 12:11

İyunun 21-də Təhsil Nazirliyində “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” müsabiqələrinin nəticələrinə dair Təşkilat Komitəsinin yekun iclası keçirilib.

Təhsil naziri Misir Mərdanov iclası giriş sözü ilə açaraq 3 il ərzində təşkil olunan bu müsabiqəyə sənəd təqdim edənlərin sayının getdikcə artdığını və müvafiq istiqamət üzrə görülən işləri xüsusi qeyd edib.

Ətraflı
21.09.2015 12:11

İyunun 21-də “Park İnn” mehmanxanasında “Elektron Təhsil” Respublika müsabiqəsinin yekunları ilə bağlı mərasim keçirilib.

Təhsil naziri Misir Mərdanov bildirib ki, “Təhsildə İnternet texnologiyaları" və “Müasir məktəbdə elektron tədris resursları” istiqamətləri üzrə təşkil olunmuş müsabiqədə beş nominasiya üzrə qaliblər müəyyənləşdirilib.

Ətraflı