21.09.2015 12:11

Martın 10-da Türkiyə Respublikasının İstanbul şəhərində “British Council” təşkilatının “Uğura doğru addımlar” layihəsi ilə əlaqədar beynəlxalq seminar keçirilib.

Azərbaycanda cari tədris ilindən ixtisasartırma sahəsində yeni modelin tətbiqi barədə seminar iştirakçılarına məlumat verilib.

21.09.2015 12:11

Martın 9-da Təhsil Nazirliyində BMT-nin Uşaq Fondunun (UNİCEF) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mark Herevard ilə təhsil naziri Misir Mərdanov arasında uşaqların müdafiəsi və təhsil sistemində islahatlar üzrə 2010-cu il üçün fəaliyyət planı imzalanıb.

Nazir qeyd edib ki, “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı” çərçivəsində dövlət uşaq müəssisələrinin rəhbərləri üçün treninqlərin təşkili ilə bağlı artıq kifayət qədər təcrübə toplanılıb.

21.09.2015 12:11

Martın 9-da Təhsil Nazirliyinin Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzində (RETTM) “Eko-Erudit” adlı ekoloji Breyn-rinq keçirilib.

“Eko-Erudit” ekoloji Breyn-rinqin yarımfinal mərhələsində daha çox bal toplayan 58 saylı orta məktəbin “Xəzər” komandası I, 194 saylı orta məktəbin “Günəş” komandası II, 269 saylı orta məktəbin “Səma” komandası III yeri tutublar.

21.09.2015 12:11

Martın 9-da Suraxanı rayonunda yerləşən 318 saylı orta məktəbdə “Ekologiya ilində-Hər kəsdən təbiətə bir töhfə” adlı ekoloji tədbir keçirilib.

Məktəblilər ətraf mühit və ekologiyanın mühafizəsi, meşələrin qorunması, flora və fauna, ekoloji mədəniyyət mövzularından bəhs edib, günümüzün vacib tələblərindən olan qlobal ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair məsələlərdən söz açaraq onların həlli yollarını araşdırıblar.

21.09.2015 12:11

Martın 9-da Təhsil Nazirliyində Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (YUNİSEF) arasında “Uşaqların ailələrə verilməsi və alternativ qayğı ilə əhatə olunması mexanizminin yaradılması” layihəsinin həyata keçirilməsi üçün birgə əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanma mərasimi keçirilib.

Misir Mərdanov tədbiri giriş sözü ilə açaraq “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı”nın digər dövlət və beynəlxalq qurumlar ilə sıx əməkdaşlıq çərçivəsində uğurla həyata keçirildiyindən danışıb.

Ətraflı
21.09.2015 12:11

Martın 4-də təhsil naziri Misir Mərdanov Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Bakı ofisinin rəhbəri Əli Bilgə Cankorellə görüşüb.

“Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı” çərçivəsində görülən işlərdən danışan təhsil naziri bu sahədə bir sıra təşkilatların dəstəyi ilə həyata keçirilən tədbirlər, reallaşdırılan layihələrlə bağlı qonağa ətraflı məlumat verib.

Ətraflı
21.09.2015 12:11

Martın 3-də təhsil naziri Misir Mərdanov Gürcüstan Respublikasının Kvemo-Kartli bölgəsinin qubernatoru David Kirkitadzenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Gürcüstan Respublikasının Kvemo-Kartli bölgəsinin qubernatoru David Kirkitadze Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanova səmimi qəbul üçün minnətdarlığını bildirərək ilk xarici səfərini məhz Azərbaycan Respublikasına etdiyini vurğulayıb.

Ətraflı
21.09.2015 12:11

Martın 2-də Təhsil Nazirliyində 2010-2011-ci tədris ili üçün dərsliklərin nəşri və çapa hazırlanması ilə bağlı müşavirə keçirilib.

Misir Mərdanov ölkəmizdə dərslik siyasətinin uğurla aparıldığını və bu sahədə müsbət nəticələrin əldə olunduğunu qeyd edib.

Ətraflı