21.09.2015 12:11

Noyabrın 19-da təhsil naziri Misir Mərdanov Livanın gənclər və idman naziri Əli Hüseyn Abdullah və Azərbaycanın Livandakı fəxri konsulu Nazih Gassub ilə görüşüb.

Ölkəmizin təhsil sistemi haqqında söz açan Misir Mərdanov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin daimi qayğısı sayəsində son illər ərzində 2000-dən çox orta məktəbin inşa olunduğunu və əsaslı təmir edildiyini vurğulayıb.

Ətraflı
21.09.2015 12:11

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva noyabrın 9-da Bakının Nərimanov rayonunda Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə inşa olunmuş məktəb kompleksinin açılışında iştirak etmişlər.

Təhsil naziri Misir Mərdanov məlumat verdi ki, tikintisinə 2009-cu ilin yanvarında başlanılmış məktəb binası yüksək keyfiyyətlə və müasir tələblər səviyyəsində inşa olunmuşdur.

Ətraflı
21.09.2015 12:11

Noyabrın 10-da Təhsil Nazirliyində “İnnovasiya, təhsilin keyfiyyəti və inkişaf” mövzusunda ikigünlük beynəlxalq elmi konfransın plenar iclası keçirilib.

Plenar iclası giriş sözü ilə açan təhsil naziri, Təşkilat Komitəsinin sədri Misir Mərdanov iştirakçıları salamlayıb, konfransın əhəmiyyəti haqqında fikirlərini bildirib.

Ətraflı
21.09.2015 12:11

Oktyabrın 30-da “Ankara məktəbi” məktəb-liseyində seminar keçirilib.

Seminarın məqsədi rayon (şəhər) təhsil şöbələrində (idarələrdə) strateji planlaşdırma mexanizminin və yeni hesabatvermə sisteminin tətbiqi vasitəsilə idarəetmə sisteminin təkmilləşdirilməsidir.

21.09.2015 12:11

Bakıdakı Rusiya məlumat-mədəniyyət mərkəzində beynəlxalq uşaq rəsm müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

“Xilas olunmuş dünya da xatırlayır...” mövzusunda keçirilən beynəlxalq uşaq rəsm müsabiqəsində Azərbaycandan 50 şagird iştirak edib.