21.09.2015 12:11

Dekabrın 7-də Dövlət Gənc Tamaşaçılar Teatrında Şuşa şəhəri Üzeyir bəy Hacıbəyli adına 1 nömrəli orta məktəbin 180 illik yubileyi qeyd edilib.

Təhsil naziri Misir Mərdanov Şuşa şəhəri 1 nömrəli orta məktəbin 180 illik yubileyi münasibətilə ölkə Prezidenti cənab İlham Əliyevin təhsil müəssisəsinin pedaqoji kollektivinə ünvanladığı təbrik məktubunu nəzərə çatdırıb, dövlət başçısının sərəncamları ilə təhsil sahəsində xidmətlərinə görə bir nəfərin “Əməkdar müəllim” fəxri adı və iki nəfərin isə “Tərəqqi” medalı ilə təltif edildiyini vurğulayıb.

Ətraflı
21.09.2015 12:11

Təhsil Nazirliyinin internet saytı “Milli Net-2010” müsabiqəsinin qalibi oldu

Dekabrın 4-də “Ambassador” otelində Milli Net - Milli İnternet Mükafatlarının təqdimetmə mərasimi keçirilib.

Ətraflı
21.09.2015 12:11

Berlindəki Humbold Universitetində "Azərbaycan tarixi beynəlxalq araşdırmalarda - müasir vəziyyət və perspektivlər" mövzusunda beynəlxalq elmi konfrans keçirilib

Konfransda çıxış edən Azərbaycanın təhsil naziri Misir Mərdanov  bu tədbirlərin aktual əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Ətraflı
21.09.2015 12:11

Berlində Azərbaycan elm və mədəniyyət həftəsi açılıb

Azərbaycanın AFR-dəki səfiri Pərviz Şahbazov, Azərbaycanın təhsil naziri, professor Misir Mərdanov, AFR federal təhsil və elmi tədqiqatlar naziri, professor Annete Şavan və Humbold Universitetində yeni açılan "Azərbaycan tarixi" kafedrasına rəhbərlik edəcək professor Eva-Mariya Aux da tədbir iştirakçıları qarşısında çıxış etmişlər.

21.09.2015 12:11

Dekabrın 1-də “Park inn” otelinin “Dan ulduzu” konfrans zalında Azərbaycan Dillər Universitetinin professoru, filologiya elmləri doktoru Nigar Vəliyevanın müəllifi olduğu “Azərbaycanca-ingiliscə-rusca frazeoloji lüğət” kitabının təqdimat mərasimi keçirilib.

Hər biri 988 səhifədən ibarət olan iki cildlik lüğətdə ilk dəfə olaraq, Azərbaycan, ingilis və rus dillərində frazeoloji birləşmələrin toplanıldığı, 90 mindən artıq frazeoloji vahidin işlənildiyi qeyd olunub.

Ətraflı
21.09.2015 12:11

Noyabrın 27-də Biləsuvar rayonunun İsmətli kəndində 640 yerlik yeni orta məktəbin açılış mərasimi olub.

Yeni məktəbin kəndin elm məbədinə, mədəniyyət mərkəzinə çevriləcəyinə inandığını bildirən Misir Mərdanov İsmətli kəndinin bütün sakinlərini təbrik edib, tədris ocağının pedaqoji kollektivinə, şagirdlərə uğurlar arzulayıb.

Ətraflı
21.09.2015 12:11

Noyabrın 25-də Təhsil Nazirliyində “Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi qaydası” mövzusunda müşavirə keçirilib.

Müşavirəni giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov qeyd olunan sənədin əhəmiyyətli cəhətlərini vurğulayaraq bildirib ki, ilk dəfə olaraq əlavə təhsilin bütün istiqamətləri üzrə tənzimləyici qaydalar bu sənəddə öz əksini tapıb.

Ətraflı
21.09.2015 12:11

Noyabrın 22-də “Gülüstan” sarayında Heydər Əliyev Fondunun dəstəyi, Təhsil Nazirliyi, YUNESKO, “Mikrosoft” və “İntel” korporasiyalarının təşkilatçılığı ilə “Təhsil və texnologiya vasitəsilə iqtisadi inkişaf” mövzusunda beynəlxalq konfrans keçirilib.

Macarıstan, Norveç, Böyük Britaniya və digər ölkələrdən olan nümayəndələrin iştirak etdiyi konfrans çərçivəsində günün birinci yarısında Azərbaycan Dillər Universitetində “Ali təhsildə e-tədris”, 132-134 saylı təhsil kompleksində “Milli İKT və Təhsil Strategiyasının inkişafı”, Elitar Gimnaziyada isə “Müəllim və şagirdlər üçün birin-birə təhsil” mövzusunda seminarlar təşkil olunub.

Ətraflı