21.09.2015 12:11

Dekabrın 25-də Təhsil Nazirliyində Azərbaycan Milli Valideyn-Müəllim Assosiasiyasının (AMVMA) idarə heyətinin üzvləri və bu qurumla yaxından əməkdaşlıq edən bir qrup təhsil işçisi ilə görüş keçirilib.

Misir Mərdanov təhsil ocaqlarında fəaliyyət göstərən Valideyn-Müəllim Assosiasiyalarının (VMA) sayının getdikcə artığını və onların işinin günbəgün yaxşılaşdığını nəzərə çatdırıb.

Ətraflı
21.09.2015 12:11

Dekabrın 24-də T.İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayının “Uşaq dünyası” rəsm qalereyasında Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik korpus əməkdaşlarının uşaqları arasında “Azərbaycan haqqında nə bilirəm” mövzusunda keçirilmiş I Respublika müsabiqəsinin yekununa dair mərasim olub.

Təhsil naziri müsabiqənin ölkəmizdə akkreditə olunmuş diplomatik nümayəndəliklərin əməkdaşlarının uşaqlarında Azərbaycan tarixi, təhsili, mədəniyyəti, incəsənəti haqqında daha dolğun təsəvvür yaratmaq, onları ölkəmizin ictimai həyatında fəal iştiraka cəlb etmək məqsədilə keçirildiyini nəzərə çatdırıb.

Ətraflı
21.09.2015 12:11

Dekabrın 15-də Təhsil Nazirliyində mədəniyyət və incəsənət ixtisasları üzrə mütəxəssis hazırlayan ali məktəb rəhbərlərinin iştirakı ilə iclas keçirilib.

Təhsil naziri Misir Mərdanov mədəniyyət və incəsənət ixtisasları üzrə mütəxəssis hazırlayan ali məktəblərdən verilmiş bir sıra təkliflərə Təhsil Nazirliyində baxıldığını bildirib.

Ətraflı
21.09.2015 12:11

Dekabrın 15-də Azərbaycan Dillər Universitetində Milli TEMPUS İnformasiya gününə həsr olunmuş konfrans keçirilib.

Təhsil naziri bildirib ki, Azərbaycan TEMPUS proqramına 1995-ci ildən qoşulub və indiyə qədər 22 layihədə iştirak edib.

Ətraflı
21.09.2015 12:11

Dekabrın 14-də Təhsil Nazirliyində orta məktəblərin IX-XI sinif şagirdləri və universitet tələbələri arasında keçirilmiş “Gələcək nəsillərlə üz-üzə” III Ümumrespublika inşa müsabiqəsi qaliblərinin mükafatlandırılma mərasimi olub.

Təhsil naziri qeyd edib ki, müsabiqəyə təqdim edilən inşa yazıları “Minilliyin Layihəsi”nin 15 Qlobal Çağırışına uyğun olaraq 15 mövzunu əhatə edib.

Ətraflı
21.09.2015 12:11

Dekabrın 9-da Bakı Dövlət Universitetində doktorantların və gənc tədqiqatçıların XV Respublika elmi konfransının açılış mərasimi olub.

Ölkəmizdə təhsil islahatının uğurla həyata keçirilməsindən söz açan Misir Mərdanov onu da bildirib ki, iki gün davam edəcək konfransın işi müxtəlif elm sahələrini əhatə edən 21 bölmədə təşkil edilib.

Ətraflı