21.09.2015 12:11

Yanvarın 12-də Təhsil Nazirliyində Tərbiyə və məktəbdənkənar müəssisələr və Akkreditasiya şöbələrinin 2010-cu ildəki fəaliyyətlərinə dair hesabatları dinlənilib.

Tərbiyə və məktəbdənkənar müəssisələr şöbəsinin müdiri Ağababa İbrahimov çıxış edərək rəhbərlik etdiyi şöbənin vəzifələri, əməkdaşların vəzifə bölgüsü, digər dövlət qurumları və qeyri-hökumət təşkilatları ilə əlaqələri barədə məlumat verib.

Ətraflı
21.09.2015 12:11

Yanvarın 8-də Təhsil Nazirliyində Ali və orta ixtisas təhsili şöbəsi və Beynəlxalq əlaqələr şöbəsinin 2010-cu ilin yekunlarına dair hesabatları dinlənilib.

Təhsil naziri Misir Mərdanov hər iki şöbənin 2010-cu ildə gördüyü işlərlə bağlı fikirlərini bildirib, bir sıra məsələlərlə bağlı tövsiyə və tapşırıqlarını verib.

Ətraflı
21.09.2015 12:11

Yanvarın 6-da Təhsil Nazirliyində Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsi və Təhsil sisteminin informasiyalaşdırılması idarəsinin 2010-cu ilə dair illik hesabatları dinlənilib.

Təhsil naziri Misir Mərdanov Təhsil sisteminin informasiyalaşdırması idarəsinin nazirliyin ayrı-ayrı şöbələri ilə daha sıx əlaqəli işləmələrini tövsiyə edib və bundan sonra hər iki şöbənin qarşısında duran vəzifələri nəzərə çatdırıb.

Ətraflı
21.09.2015 12:11

Dekabrın 30-da Təhsil Nazirliyində Lisenziya komissiyasının iclası keçirilib.

Son illərdə ölkəmizin bütün istiqamətlərdə, o cümlədən də təhsil sahəsində ciddi nailiyyətlər qazandığını vurğulayan Misir Mərdanov Azərbaycanda yüksək ixtisaslı mütəxəssislərə olan tələbatdan söz açıb.

Ətraflı
21.09.2015 12:11

Dekabrın 29-da Təhsil Nazirliyində ali məktəb tələbələri arasında keçirilmiş XV Respublika fənn olimpiadası qaliblərinin mükafatlandırılması mərasimi olub.

Azərbaycan təhsilinin, gənclərin hərtərəfli inkişafının daim dövlətin diqqət mərkəzində olduğunu vurğulayan təhsil naziri əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasətin bu gün ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini bildirib.

Ətraflı
21.09.2015 12:11

Dekabrın 28-də Təhsil Nazirliyində uşaq-gənclər idman və şahmat məktəbləri, idmançı və məşqçi müəllimlər arasında keçirilmiş Respublika müsabiqəsinin yekununa dair mərasim olub.

Təhsil naziri Misir Mərdanov mərasimi giriş sözü ilə açaraq bədən tərbiyəsi və idmanın inkişafının dövlətimiz üçün mühüm əhəmiyyət kəsb edən məsələlərdən biri olduğunu qeyd edib.

Ətraflı
21.09.2015 12:11

Dekabrın 27-də Təhsil Nazirliyində ilk peşə-ixtisas elektron təhsil sisteminin inkişafını nəzərdə tutan www.avel.edu.az portalının təqdimat mərasimi keçirilib.

“Texniki peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı (2007-2012-ci illər)” çərçivəsində hazırlanmış 8 adda dərsliyin elektron versiyasının yerləşdirildiyi portalın üstün cəhətlərindən bəhs edən nazir bildirib ki, ilk peşə-ixtisas təhsili sahəsində İKT-dən geniş istifadə olunması və bu resursların istifadəyə verilməsi peşə təhsilinin əhatə dairəsinin genişlənməsi baxımından xüsusi əhəmiyyətə malikdir.

Ətraflı