21.09.2015 12:11

Yanvarın 24-də Təhsil Nazirliyində Qabaqcıl Texnologiyalar üzrə Peşə Tədris Mərkəzinin yaradılması layihəsinin müzakirəsinə dair iclas keçirilib.

Layihə haqqında məlumat verən Misir Mərdanov Peşə Tədris Mərkəzinin yaradılması üçün Cənubi Koreya hökumətinin 22 milyon dollar ayıracağını nəzərə çatdırıb.

Ətraflı
21.09.2015 12:11

Yanvarın 21-də Təhsil Nazirliyində Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) 2010-cu ilin may ayında aparılmış akkreditasiyasının nəticələrinə dair iclas keçirilib.

Nazir Akkreditasiya Komissiyasının bir sıra təkliflərinin nəzərə alınmasının Azərbaycan Dövlət Neft Akademiyasında tədrisin səviyyəsinin daha da yüksəlməsinə təkan verəcəyini vurğulayıb.

Ətraflı
21.09.2015 12:11

Yanvarın 21-də Bakı Avropa Liseyində “Təlimdə innovativ yanaşmalar” mövzusunda seminar keçirilib.

Təhsil naziri Misir Mərdanov liseydə gördüklərindən razı qaldığını bildirib, ayrı-ayrı siniflərdə yaradılmış əlverişli təlim şəraitini, onların tərtibatını yüksək qiymətləndirib.

Ətraflı
21.09.2015 12:11

Yanvarın 19-da Təhsil Nazirliyində Təhsil Problemləri İnstitutunun və Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun hesabatları dinlənilib.

Təhsil naziri Misir Mərdanov hər iki institutun rəhbərinə həyata keçirilməsi nəzərdə tutulan məsələlərlə əlaqədar tövsiyələrini verib.

Ətraflı
21.09.2015 12:11

2010-cu il ərzində Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə (telefonlar: 496-34-82; 496-37-61; faks: 496-37-61; e-mail ünvanı: qaynar-xett@edu.gov.az) 13232 müraciət daxil olub.

Müraciətlərin 11861-i telefonla, 1371-i elektron poçt vasitəsilə qəbul edilib ki, onların da 75 faizi sorğu və məlumat xarakterlidir.

Ətraflı
21.09.2015 12:11

Yanvarın 18-də Təhsil Nazirliyində İctimaiyyətlə əlaqə şöbəsi və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 2010-cu ilin yekunlarına dair hesabatları dinlənilib.

Təhsil naziri Misir Mərdanov hər iki hesabatda səslənən fikirlərə münasibət bildirib, bir sıra məsələlərlə bağlı tövsiyə və tapşırıqlarını verib.

Ətraflı
21.09.2015 12:11

Yanvarın 17-də Təhsil Nazirliyində nazirlik Aparatının hesabatı dinlənilib.

Təhsil Nazirliyi Aparatının rəhbəri İlham Pirməmmədov  bildirib ki, ötən il nazirliyin struktur bölmələri arasında qarşılıqlı əlaqələrin qurulması, sənədlərin hazırlanması, özəl təhsil müəssisələrində vahid dövlət təhsil siyasətinin həyata keçirilməsinə və təhsil qanunvericiliyinin icrasına nəzarət üzrə müvafiq iş aparılıb.

Ətraflı
21.09.2015 12:11

Yanvarın 15-də Təhsil Nazirliyində Ümumi şöbənin və Təsərrüfathesablı Əsaslı Tikinti İdarəsinin 2010-cu ilin yekunlarına dair hesabatları dinlənilib.

Hər iki hesabatda səslənən fikirlərlə bağlı müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Ətraflı