21.09.2015 12:11

Avqustun 25-də təhsil naziri Misir Mərdanov Almaniya-Azərbaycan Forumunun sədri, Azərbaycanın Almaniyanın Ştutqart şəhərindəki fəxri konsulu Otto Hauzer və Almaniya Bundestaqının deputatı Tomas Barays ilə görüşüb.

Nazir təhsil sahəsi üzrə səmərəli əlaqələrin qurulmasında Azərbaycanın Ştutqart şəhərindəki fəxri konsulu Otto Hauzerin gördüyü işlərin böyük önəm daşıdığını nəzərə çatdırıb.

Ətraflı
21.09.2015 12:11

Avqustun 20-də Təhsil Nazirliyində “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində dünyanın nüfuzlu ali məktəblərinə qəbul olunmuş tələbələrlə görüş keçirilib.

Dövlət Proqramının şərtlərinə əsasən tələbələrin bütün xərclərinin dövlət tərəfindən ödənildiyini nəzərə çatdıran təhsil naziri proqramın icrasına başlandığı vaxtdan 512 nəfər gəncin təhsil almaq üçün müxtəlif xarici ölkələrə göndərildiyi barədə məlumat verib.

Ətraflı
21.09.2015 12:11

Avqustun 19-da təhsil naziri Misir Mərdanov İraqın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Heydər Şiyə Qubeyşi əl-Barrak ilə görüşüb.

Azərbaycanla İraq arasında yüksək səviyyəli ikitərəfli əlaqələrin mövcud olduğunu bildirən Misir Mərdanov təhsil sahəsində də qarşılıqlı əməkdaşlığın inkişafının əhəmiyyətindən bəhs edib.

Ətraflı
21.09.2015 12:11

İyulun 7-də “Təhsil” Nəşriyyat-Poliqrafiya müəssisəsinin “Kitab evi”nin açılış mərasimi keçirilib.

Təhsil naziri Misir Mərdanov, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev “Kitab evi”nin rəmzi açılışını bildirən qırmızı lenti kəsiblər.

Ətraflı
21.09.2015 12:11

İyulun 6-da Təhsil Nazirliyində Azərbaycan Milli Mətbuatının 135 illiyi münasibəti ilə “Təhsil və media: peşəkarlığın artırılmasına dəstək” layihəsi çərçivəsində jurnalistlər arasında keçirilmiş müsabiqə qaliblərinin mükafatlandırma mərasimi olub.

Misir Mərdanov Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və Azərbaycan Mətbuat Şurası ilə birgə əməkdaşlıqdan söz açıb, ilk dəfə keçirilən bu müsabiqəyə 45 yazının təqdim olunduğunu diqqətə çatdırıb.

Ətraflı
21.09.2015 12:11

İyunun 30-da “Hyatt Regency” otelində ənənəvi «İnnovasiya günü» forumu keçirilib.

Təhsil naziri Misir Mərdanov təxminən bir il bundan əvvəl başlanmış layihənin nəticələri barədə məlumat verib, ötən dövr ərzində 8 minə yaxın orta məktəb müəlliminin bu layihədə iştirak etdiyini vurğulayıb.

Ətraflı