01.06.2009

İyunun 1-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında 2009-cu il- “Uşaq ili” çərçivəsində 1 İyun-Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə Heydər Əliyev Fondu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Təhsil, Mədəniyyət və Turizm, Gənclər və İdman nazirliklərinin birgə tədbiri keçirilib.

Çıxış edənlər ölkə Prezidenti cənab İlham Əliyevin uşaqlara xüsusi diqqət və qayğı ilə yanaşdığını bildirib, 2009-cu ilin ümumilikdə “Uşaq ili” elan edilməsini onlara göstərilən qayğının bariz nümunəsi kimi dəyərləndiriblər.

Ətraflı
01.06.2009

İyunun 1-də Təhsil Nazirliyində orta ümumtəhsil məktəblərində mərkəzləşdirilmiş buraxılış imtahanları ilə bağlı müşavirə keçirilib.

Müşavirəni giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov mərkəzləşdirilmiş buraxılış imtahanlarının ölkəmizin müxtəlif bölgələri üzrə keçirilmə vaxtı, bu istiqamətdə aparılan hazırlıq barədə iştirakçılara məlumat verib.

Ətraflı
29.05.2009

2008-2009-cu tədris ilində ölkəmizin orta ümumtəhsil məktəblərinin XI sinfini 112.549 şagird bitirəcək.

Müqayisə üçün qeyd edək ki, bu göstərici 2006-cı ildə 116.389, 2007-ci ildə 116.812, ötən il isə 117.535 nəfər olub.