05.06.2010

İyunun 5-də Təhsil Nazirliyində 2010-2011-ci tədris ilində I siniflərdə dərs deyəcək ibtidai sinif müəllimləri üçün təlim kurslarının təşkili vəziyyəti ilə bağlı iclas keçirilib.

Misir Mərdanov bildirib ki, Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə (TSİİL) çərçivəsində 2009-2014-cü illər ərzində təhsilin bir sıra mühüm sahələrini əhatə edən 6 komponent üzrə islahatların davam etdirilməsi nəzərdə tutulub.

Ətraflı
03.06.2010

İyunun 3-də Ağstafa rayonundakı Heydər Əliyev Mərkəzində “Müasir texnologiyaların təhsildə tətbiqi” mövzusunda regional konfrans keçirilib.

Konfrans “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində təşkil olunub.

02.06.2010

İyunun 2-də təhsil naziri Misir Mərdanovun iştirakı ilə Şirvan şəhərində müşavirə keçirilib.

Müşavirədə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı Mərdan Camalov, Təhsil Nazirliyinin müvafiq şöbələrinin rəhbərləri, Şirvan şəhər, Sabirabad, Neftçala, Salyan, Saatlı, Hacıqabul, Zərdab, İmişli rayonları təhsil şöbələrinin müdirləri iştirak ediblər.

Ətraflı
01.06.2010

İyunun 1-də Təhsil Nazirliyində Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olunmuş tədbir keçirilib.

Nazir ölkəmizdə uşaqların rifahının yüksəldilməsi məsələlərinin dövlət başçısının daim diqqət mərkəzində olduğunu xüsusi qeyd edib.

Ətraflı
01.06.2010

İyunun 1-də Təhsil Nazirliyində ölkəmizin ümumtəhsil məktəblərində buraxılış imtahanlarına hazırlıqla bağlı iclas keçirilib.

Təhsil naziri Misir Mərdanov bildirib ki, iyunun 3-dən etibarən ölkəmizin ümumtəhsil məktəblərinin IX və XI siniflərində buraxılış imtahanları başlayır.

Ətraflı
01.06.2010

Mayın 31-də Gənc Tamaşaçılar Teatrında Təhsil Nazirliyi və “Uşaqların xoşbəxt gələcəyi” İctimai Birliyi tərəfindən “Sülh göyərçiniyik biz” adlı 1 İyun–Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olunmuş bayram tədbiri keçirilib.

Son illərdə Azərbaycanda uşaqların problemlərinin həlli baxımından atılan uğurlu addımlardan bəhs edən təhsil naziri ölkə Prezidenti cənab İlham Əliyevin imzaladığı müvafiq dövlət proqramlarının əhəmiyyəti barədə ətraflı söhbət açıb.

Ətraflı
31.05.2010

2009-2010-cu tədris ilində ölkəmizin orta ümumtəhsil məktəblərinin buraxılış (XI, XII) siniflərini 104037 şagird bitirəcək.

Müqayisə üçün qeyd edək ki, bu göstərici 2007-ci ildə 116812, 2008-ci ildə 117535, ötən il isə 113186 nəfər olub.

Ətraflı