04.03.2011

Bu günlərdə Gürcüstanın Batumi şəhərində Almaniyanın Konrad Adenauer Fondu və Təhsil Nazirliyinin birgə həyata keçirdiyi “Demokratiya sizinlə başlayır” layihəsi çərçivəsində müəllimlərin konfransı keçirilib.

Tədbirdə layihə çərçivəsində görülmüş işlər, ölkəmizdə həyata keçirilən beynəlxalq layihələr, əldə edilmiş uğurlarla bağlı Azərbaycan nümayəndələrinin təqdimat və çıxışları dinlənilib.

Ətraflı
01.03.2011

Martın 1-də Heydər Əliyev Fondu, Fransanın Azərbaycandakı səfirliyi, Azərbaycan Dövlət Neft Şirkəti və Təhsil Nazirliyi Bakıda Fransız məktəbinin tikintisi ilə əlaqədar Heydər Əliyev Fondunda niyyət bəyannaməsi imzalayıblar.

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva həyata keçiriləcək layihənin əhəmiyyətindən danışaraq deyib ki, bu məktəb Azərbaycanda təhsil sahəsindəki inkişaf prosesinə öz müsbət təsirini göstərəcək.

Ətraflı
01.03.2011

26-27 fevral tarixlərində Lənkərandakı 6 nömrəli orta məktəbdə «British Council» təşkilatı Təhsil Nazirliyinin dəstəyi ilə rayonun ümumtəhsil müəssisələrində çalışan 25 nəfər ingilis dili müəllimi üçün onlayn proqramlar üzrə təlimlər keçirib.

Təlimlərin məqsədi müəllimlərə «British Council» təşkilatının ingilis dilinin təlimi və tədrisi üzrə www.teachingenglish.org.uk, www.learnenglish.org.uk internet səhifələrindən istifadə bacarıqlarının aşılanması və bunun nümunələr tətbiq etməklə öyrədilməsindən ibarət olub.

01.03.2011

26-27 fevral tarixlərində Fövqəladə Hallar Nazirliyinin Qəbələ rayonu üzrə Regional Mərkəzində “Təhsildə fəlakət riskinin azaldılması” (DİPECHO) layihəsi çərçivəsində təlimlər keçirilib.

YUNİSEF, Təhsil və Fövqəladə Hallar nazirliklərinin birgə reallaşdırdığı layihə üzrə keçirilmiş təlimlərdə Şəkidəki 2 nömrəli, Zaqataladakı 3 nömrəli və Suvagil kənd tam orta məktəblərindən seçilmiş müəllimlər iştirak ediblər.

01.03.2011

Fevralın 27-də respublikamızın peşə liseylərində tam orta təhsil səviyyəsi üzrə mərkəzləşdirilmiş yoxlama imtahanı keçirilib.

29 mərkəzdə keçirilmiş yoxlama imtahanına 23 şəhər və rayonda yerləşən peşə liseylərinin 4770 şagirdi cəlb edilib.

Ətraflı
28.02.2011

Fevralın 28-də Təhsil Nazirliyində kollegiya iclası keçirilib.

Təhsil naziri Misir Mərdanov “Orta ixtisas təhsili müəssisələrində monitorinqin nəticələri” mövzusunda təqdimat-məruzə ilə çıxış edib.

Ətraflı
24.02.2011

Fevralın 24-də Azərbaycan Dövlət Filarmoniyasının kamera və orqan musiqisi zalında II Respublika muğam müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Ümummilli liderimiz Heydər Əliyevin milli mənəvi dəyərlərimizin qorunub saxlanılmasına və inkişaf etdirilməsinə xüsusi önəm verdiyini söyləyən təhsil naziri ulu öndərin ideyalarının ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini nəzərə çatdırıb.

Ətraflı
24.02.2011

Fevralın 24-də Təhsil Nazirliyində müşavirə keçirilib.

Misir Mərdanov “Təhsil Nazirliyinin struktur bölmələrinin 2010-cu ildə görülmüş işlərlə bağlı hesabatlarının yekunlarına dair ” təqdimat-məruzə ilə çıxış edib.

Ətraflı
23.02.2011

Fevralın 23-də təhsil naziri Misir Mərdanov Estoniya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Aivo Oravla görüşüb.

Təhsil naziri Estoniya ilə əlaqələrin hələ keçmiş Sovetlər Birliyi dönəmində mövcudluğunu və bu əlaqələrdə təhsil sahəsinin də xüsusi yeri olduğunu qeyd edib.

Ətraflı
22.02.2011

Fevralın 22-də təhsil naziri Misir Mərdanov Dünya Bankının ölkəmizdə səfərdə olan missiyası ilə görüşüb.

Təhsil naziri son illərdə təhsil sahəsində həyata keçirilən islahatların nəticələrindən bəhs edib və bu baxımdan Dünya Bankı ilə əməkdaşlığın üstün cəhətlərinə toxunub.

Ətraflı